Xəbər verdiyimiz kimi, ötən gün Bakıda qatar yoluna çıxmış oğlan faciəli şəkildə həlak olub.
Məsələ ilə bağlı Azərbaycan Dəmiryol QÇS-dan Bizim.Media-ya bildiriblər ki, hadisə Bakı Yük Stansiyasının Əhmədli neftdoldurma sahəsində baş verib.
Belə ki, 14 dekabr 2021-ci ildə saat 08:30 radələrində qatar hərəkətdə olarkən, maşinist yolun üstündə kəsilmiş naməlum kişi meyidi görüb və dərhal tormozlama apararaq qatarı dayandırıb.
MÖVZU İLƏ BAĞLI:
Bakıda teplovoz gənc oğlanı iki yerə böldü
Təcili hüquq-mühafizə orqanlarına məlumat verilib.
İlkin məlumata görə, naməlum şəxs gecə saat 00:45-01:45 radələrində manevr işləri aparılarkən 25 vaqonluq qatarın 12-ci vaqonunun altından keçməyə cəhd göstərib. Bu zaman qatar hərəkət edib və o vaqonun təkərləri altında qalaraq həlak olub.
Baş vermiş hadisə aidiyyəti üzrə araşdırılır.
Qeyd edək ki, ilkin olaraq hadisənin Keşlə yük dəmiryol xəttinin üzərində qeydə alındığı deyilirdi.
Verilən məlumatda faciəvi şəkildə həlak olan şəxssin cəsədi Gədəbəy rayon sakini, 20 yaşlı Elfaq Rüstəmova aid olduğu deyilir.
Vüsalə Balayeva, Bizim.Media