Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsində dekabrın 11-də qəza baş verib. Belə ki, mağazalara mal daşıyan yük avtomobillərindən birinin baqaj hissəsi elektrik xətlərinə ilişib və dirəyi digər metal konstruksiyanın üzərinə aşırıb.
Bizim.Media xəbər verir ki, insident olan anda xətanı aradan götürmək və yük maşınını ilişdiyi yerdən çıxarmaq üçün müvafiq qurum işçiləri səfərbər olub.
MÖVZU İLƏ BAĞLI:
Bu metrostansiyanın ətrafı döyüş meydanına ÇEVRİLİB - FOTOLAR
Görülən işlərdən bir saat sonra bəzi binalarda işıqlar qısamüddətli sönüb. Həm dünən, həm də bu gün işıqların sönməsi müşahidə olunmayıb. Amma Rəşid İsmayılov küçəsində (Avtovağzal m/s-nln çıxışı, Bazarstore ilə üzbəüz) təhlükəli vəziyyət qalmaqdadır.
Çünki aşan dirək digər metal arakəsməyə söykənmiş, düyünlənmiş vəziyyətdədir. Və hər an oradan keçən insan və maşınların üzərinə aşa bilər. Yəni kimsə bədbəxt hadisədən sığortalanmayıb.
Söhbət elektrik naqillərindən gedirsə, insanlar cərəyan şiddəti təhdidilə də üz-üzədir. Təkrar qəzada bəzi binalar yenə işıqsız qala bilər.
"Azərişıq" ASC-dən aldığımız son məlumata görə, hazırda problemin aradan qaldırılması üçün ərazidə müvafiq işlər görülür.
Fotoları təqdim edirik:
Bizim.Media