“Bəzi dövlət rəsmiləri deyir ki, filan həkimi yola ver” - Kliniki Tibbi Mərkəzin direktoru

Hazırda oxunan: “Bəzi dövlət rəsmiləri deyir ki, filan həkimi yola ver” - Kliniki Tibbi Mərkəzin direktoru

0:00
0:00
50622

“Vicdanı susmuş bəzi həkimlər və jurnalistlər var ki, onlar icbari tibbi sığortanın fəaliyyətinə kölgə salmaq məqsədilə şou yaratmağa çalışırlar”. 

Bizim.Media xəbər verir ki, bunu Kliniki Tibbi Mərkəzin direktoru Könül Ələkbərov “Əhalinin icbari tibbi sığorta haqqında maarifləndirməsində medianın və vətəndaş cəmiyyətinin rolu” mövzusunda təlimdə deyib.

O, qeyd edib ki, bəzi həkimlər İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə bağlı doğru olmayan xəbərlər verirlər: 

“Bəzi həkimlər var ki, dövlətdən əlavə maaş istəyir. Amma müəyyən bir zaman kəsiyinin statistikasına baxanda görürsən ki, o həkimin tibbi fəaliyyətini göstərən nəticələr yoxdur. Hətta sıfırdır.
O həkimə yüksək əməkhaqqı verilir ki, onun tibbi fəaliyyəti qənaətbəxşdir. Misal olaraq, Kliniki Tibbi Mərkəzdə 12 min manat əmək haqqı alan cərrahlar, 5 min manatdan artıq maaş alan mama-ginekoloqlar var. Hətta 300 manat maaş alan mama-ginekoloq da var.

Hansı ki, onun son altı aydakı əməliyyat sayı sıfırdır. Həmin həkimə deyirəm ki, sənin bir qohumun belə yoxdur, onu müayinə edəsən?!

Deməli öz qohumları belə onlara etibar etmir. Belə olan halda başqası onun yanına niyə gəlsin?! Hətta bəzi dövlət rəsmiləri zəng edib deyir ki, onu yola ver. Bildirirəm ki, artıq yolavermə kampaniyası bitib. Vətəndaş məmnunluğu lazımdır. Bəzən deyirlər ki, agentlik suallara cavab vermir, maliyyə çatışmır. Yenə də deyirəm, maliyyə vəsaiti kifayət qədərdir.

Özəl tibb müəssisələri ilə kifayət qədər müqavilələr imzalanıb”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin