Bu gün Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin anım günüdür. Yaşasaydı bu gün onun 64 yaşı olacaqdı. Lakin o, qısa və şanlı həyatı ilə ömürlük Azərbaycan xalqının qəlbində yaşayır.
Bizim.Media olaraq Əliyar Əliyevin oğlu Emin Əliyevlə əlaqə saxladıq.
O, Qubadlıda, doğma torpaqlarında olduğunu bizə xəbər verdi:
“Allah bütün şəhidlərimizə rəhmət eləsin. Atamın da ruhu şad olsun. Hazırda biz rayonumuzdayıq. Atamızın qəbrini bu doğum günündə ziyarət etməyə gəlmişik”.
Qeyd edək ki, Əliyar Əliyar 14 dekabr 1957-ci ildə Qubadlı rayonunun Qəzyan kəndində doğulub. Əliyar Əliyevin son döyüşü 1992-ci il oktyabrın 3-də Laçının 2 kilometrliyində olub.
“Tikanlı zəmi” yüksəkliyi uğrunda döyüşdə tabor komandiri Əliyar Əliyev qəhrəmancasına şəhid olub. Milli Qəhrəman Qubadlı rayonunun Qəzyan kəndində dəfn olunub. Əliyar Əliyevə Azərbaycan Prezidentinin sərəncamı ilə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilib.
Səkinə Yusibli, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:37 / 14.12.2021
Milli Qəhrəman Əliyar Əliyevin oğlu: "Atamın doğum günüdə qəbrini ziyarət etməyə gəlmişik”
Hazırda oxunan: Milli Qəhrəman Əliyar Əliyevin oğlu: "Atamın doğum günüdə qəbrini ziyarət etməyə gəlmişik”
Hazırda oxunan: Milli Qəhrəman Əliyar Əliyevin oğlu: "Atamın doğum günüdə qəbrini ziyarət etməyə gəlmişik”
0:00
0:00
50608
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.