“Dədə-babadan bizə qalan yadigardır ki, istirahət yemək-içməklə ölçülür. Istirahətin yeməklə assosiasiya olunması doğru deyil. Tanıdığım tanışlar var, gəlib deyirlər ki, dünən filan rayonda idik, bilirsən necə istirahət etdik? Bir görərdin, bir qoyunu 4-5 nəfərə yedik, yaxşı da içdik, stuldan qalxa bilmirdik. Elə gələn turistləri də, qonaqları da əsasən yeməyə dəvət edirik. Onun üçün də bizim ölkəmizdə restoran biznesi daha yaxşı inkişaf edib. Biz turistləri və insanlarımızı həm də daha çox mədəni istirahətə, gəzməyə, görməyə, yeriməyə və çəkiliş etməyə maraqlandırmalıyıq”.
Bizim.Media xəbər verir ki, bu fikri Milli Məclisin bu gün keçirilən plenar iclası zamanı deputat Razi Nurullayev “Turizm haqqında” Azərbaycan Respublikası qanununun layihəsinin müzakirəsi zamanı deyib.
Deputat digər məsələlərə də toxunub. Onun fikrincə bəzi məsələlər həll olunmalıdırı ki, ölkədə turizm inkişaf etsin.
“Şəhərlərdə piknik yerlərinin yaradılmasına ehtiyac var. Axı hər kəsin restoranda və istirahət yerində oturub yeməyə imkanı yoxdur. Xeyli insan uşağı dondurma istəyər, yelləncək istəyər deyə parka getmir. Qazancı buna imkan vermir. Hər kəsin də bağ evi yoxdur. Yayın istisində bişirlər”.
Millət vəkili həmçinin bildirir ki, bəzi işbazlar turistləri aldadır.
“Bir çox istirahət mərkəzlərində və restoranlarda xarici turistlərə baha qiymət oxunur. Bu ən biabırçı hallardan biridir, turistlərə pul kisəsi və varlı adam kimi baxıb onları çapıb-talamaq o nəticəyə gətirir ki, bir daha özləri gəlmir, hər yerdə də bunu deyib ölkəmizi gözdən salırlar. Bu cür hallara qarşı ən ciddi tədbirlər görülməlidir.
Vüsalə Balayeva, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:40 / 14.12.2021
Şəhərlərdə piknik yerləri niyə yoxdur? – Depuatat turistlərin aldadılmasından danışdı
Hazırda oxunan: Şəhərlərdə piknik yerləri niyə yoxdur? – Depuatat turistlərin aldadılmasından danışdı
Hazırda oxunan: Şəhərlərdə piknik yerləri niyə yoxdur? – Depuatat turistlərin aldadılmasından danışdı
0:00
0:00
50595
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.