"Xəzər" televiziyasının əməkdaşı və "Xəzər Xəbər"in aparıcısı Nigar Mirzəyevanın iki həftə əvvəl qanunsuz olaraq işindən kənarlaşdırıldığını xəbər vermişdik. Sözügedən televiziyada 6 il çalışan aparıcı saytımıza açıqlamasında hansı səbəbdən işdən çıxarıldığını bilmədiyini qeyd etmişdi. Həmçinin ona edilən haqsız addımla bağlı sonadək gedəcəyini söyləmişdi.
Bizim.Media-ya məsələ ilə bağlı danışan aparıcı haqsızlıqlara son verilmədiyi halda “Xəzər” televiziyasının rəhbərliyini məhkəməyə verəcəyini açıqlayıb:
MÖVZU İLƏ BAĞLI:
"Xəzər Xəbər"in aparıcısı İŞDƏN ÇIXARILDI – “Haqsız addımla bağlı sonadək gedəcəyəm”
“Hazırda vəkilim bu işlə məşğul olur. İşdən çıxarılmağımın səbəbi müqavilənin vaxtının bitdiyi üçündür. Amma bildirmişəm ki, 3 aylıq müqavilə ilə 16 illik təcrübəsi olan bir işçinin işləməsi düzgün bir şey deyildi. Yeni rəhbərlik gələndən sonra belə olub. Təbii ki, bu təkcə mənə deyil, hamıya aiddir. Hamı bu müqaviləyə keçirilib”.
Nigar Mirzəyevanın sözlərinə görə hüquqlarının təmini bərpa olunmasa, məhkəməyə müraciət edəcək:
“Burada məsələ təkcə əsassız və qanunsuz işdən çıxarılmağımla bağlı deyil. Onlar mənim pulumu ödəməyiblər. Ümumiyyətlə ödənişləri də düzgün ödəməyiblər. Çox şeylər var. İndi onunla bağlı vəkilim məşğul olur”.
Xatırladaq ki, "Xəzər" televiziyasının əməkdaşı və "Xəzər Xəbər"in aparıcısı Nigar Mirzəyevanın əmək müqaviləsinə dekabrın 1-dən xitam verilib.
Alçina Amilqızı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:12 / 14.12.2021
"Xəzər Xəbər"in aparıcısı Murad Dadaşovu MƏHKƏMƏYƏ verir - ÖZƏL AÇIQLAMA
Hazırda oxunan: "Xəzər Xəbər"in aparıcısı Murad Dadaşovu MƏHKƏMƏYƏ verir - ÖZƏL AÇIQLAMA
Hazırda oxunan: "Xəzər Xəbər"in aparıcısı Murad Dadaşovu MƏHKƏMƏYƏ verir - ÖZƏL AÇIQLAMA
50585
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.