SSRİ idman ustası vəfat etdi

Hazırda oxunan: SSRİ idman ustası vəfat etdi

50561

Gəncədə güləşçi, tanınmış idman mütəxəssisi, Əməkdar bədən tərbiyəsi və idman xadimi Camal Yaqubov 89 yaşında vəfat edib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, güləş üzrə SSRİ çempionatının bürünc mükafatçısı, “İdman ustası”, “Respublikanın və SSRİ-nin maarif əlaçısı”, “Fəxri bədən tərbiyəsi və idman işçisi” fəxri adlarına layiq görülmüş Camal Yaqubov 1932-ci il dekabrın 10-da Gəncə şəhərində anadan olub.

1975-1980-cı illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının “Güləşmə və onun metodikası” kafedrasının müdiri, 1981-1986-cı illərdə idman fakultəsinin dekanı, 1987-1992-ci illərdə isə idman işləri üzrə prorektoru vəzifələrində çalışıb.

Uzun müddət Akademiyanın “Güləşmə və onun metodikası” kafedrasının dosenti olub.

C. Yaqubov 30 ildən artıq elmi-pedoqoji fəaliyyəti, idman və tədris işləri üzrə təşkilatçı, Güləş federasiyasının üzvü. Azərbaycan Milli İdman Növləri Assosiasiyası İcraiyyə Komitəsinin üzvü olub.

Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2010-cu il tarixli Sərəncamı ilə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adına layiq görülüb.

Məqsəd Rəhimov Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin