Bayramda rayona gedən qatarlara əlavə vaqonlar qoşulacaq

Hazırda oxunan: Bayramda rayona gedən qatarlara əlavə vaqonlar qoşulacaq

50527
Ramazan bayramı ilə əlaqədar yarana biləcək sərnişin sıxlığının qarşısını almaq üçün tədbirlər görülür. 


Moderator.az-ın məlumatına görə, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov AzərTAc-a bildirib ki, həm yay fəsli, həm də bayramla əlaqədar dəmir yolunda sərnişin sıxlığı artıb. Odur ki, rayonlara gedən qatarlara əlavə vaqonlar qoşulur. Ən çox sərnişin sıxlığı qərb və cənub istiqamətində hərəkət edən qatarlarda müşahidə olunur.

Eyni zamanda, rayona gedən sərnişinlərin geri qayıtma vaxtları nəzərə alınaraq, bölgələrdən Bakıya gələn qatarlara da əlavə vaqonlar qoşulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin