Bu gün daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov hüquq müdafiəçilərini qəbul edib.
Bizim.Media xəbər verir ki, nazirlə görüşdə hüquq müdafiəçiləri Rüfət Səfərov, Zəfər Əhmədov, Əlayif Həsənov və Zaur Əkbər iştirak ediblər.
MÖVZU İLƏ BAĞLI:
Vilayət Eyvazov DİN-in vəzifəli şəxsləri ilə iclas keçirdi - FOTO
Sosial media hesabında paylaşım edən R.Səfərov bildirib ki, üç saat davam edən görüşdə nazir müavini İsmət Əliyev, Bakı Şəhər Baş Polis İdarəsinin rəisinin əməliyyat işləri üzrə müavini Vüqar Ələkbərov və Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Ehsan Zahidov iştirak ediblər.
Nazirlə bir sıra məsələlər müzakirə edilib, hüquq müdafiəçiləri tərəfindən təkliflər irəli sürülüb, geniş fikir mübadiləsi aparılıb.
Bizim.Media