Bakıda “möhtəşəm tıxac””¦- İki saatdır yol bağlıdır - İki saatdır yol bağlıdır

Hazırda oxunan: Bakıda “möhtəşəm tıxac””¦- İki saatdır yol bağlıdır - İki saatdır yol bağlıdır

50479
Paytaxtın ən böyük prospektində dəhşətli tıxac var. 


Moderator.az-ın xəbər verir ki, iki saatdır ki, Heydər Əliyev prospektinə birləşən yollarda hərəkət iflic vəziyyətindədir. Hadisə yerində olan əməkdaşımızın verdiyi məlumata görə, tıxac Zabrat yoluna qədər davam edir. Belə ki, Sabunçu dairəsinə qədər davam edən tıxacda sürücülər iki saatdan çoxdur ki, yolda olduqlarını deyiblər. Yolun hər iki tərəfində gediş-gəliş dayandırılıb.

Bakı kəndlərindən şəhərə doğru avtobusla gələn sərnişinlər isə marşrutlardan düşərək piyada gedirlər.

Sürücülər tıxacın səhər saatlarında baş verən bir neçə avtomobil qəzası ilə bağlı olduğunu bildirsələr də, hələ ki, yolun nə səbəbə bağlanması ilə bağlı rəsmi məlumat yoxdur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin