Bizim.Media-nın şəhid anası ilə bağlı qaldırdığı məsələ HƏLLİNİ TAPDI 

Hazırda oxunan: Bizim.Media-nın şəhid anası ilə bağlı qaldırdığı məsələ HƏLLİNİ TAPDI 

50425

Mingəçevirli şəhid anasının 4 aydır əlilliklə bağlı pensiya ala bilmədiyini və bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciətini dərc etmişdik. 

Qeyd edək ki, iki dəfə onkoloji xəstəlik səbəbindən əməliyyat olunan Emin Firqət oğlu Rüstəmzadənin anası Kəmalə Rüstəmovanın səhhəti ilə bağlı ona verilən pensiya dayandırılmışdı. Ananın himayəsində isə şəhid oğlunun ailəsi var. 

İlk dəfə Bizim.Media-da aktuallaşan məsələ həllini tapıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Mingəçevirli şəhid anasından nazirliyə MÜRACİƏT: “Oğlumun iki balası ilə əlacsız qalmışıq...” - FOTO/VİDEO


Mingəçevir şəhər sakini, Kəmalə Vahid qızı Rüstəmovanın II dərəcə əlillik təyinatı üzrə dayandırılmış pensiyası bərpa olunub.

Əvvəlki əlillik müddəti bitdiyi tarixdən sonra 6 ay ərzində ona təkrar əlillik təyinatı aparıldığı üçün arada qalan müddət üçün də ödənişi həyata keçiriləcək.

Bu barədə saytımıza məlumat verən şəhid anası probleminə tez bir zamanda biganə qalmayan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, eləcə də problemi ictimailəşdirən Bizim.Media komandasına təşəkkürünü bildirib:

“Nazirlikdən mənimlə əlaqə saxlanıldı və pensiyamın bərpa olunduğu bildirildi. Həmçinin dedilər ki, 4 aylıq müavinət iki mərhələdə ödəniləcək.  Artıq məsələ ilə bağlı heç bir narahatlıq yoxdur. Buna görə sizə bir daha xüsusi minnətdarlığımı ifadə edirəm”, - deyə ana bildirilib. 

Qeyd edək ki, Şəhid Rüstəmzadə Emin Firqət oğlu “Suqovuşanın azadlığı uğrunda”, “Cəsur döyüşçü” və “Vətən uğrunda” medalları ilə təltif olunub. O, ailənin yeganə oğul övladıdır və 2 azyaşlı İnci və Nuray adlı qız övladları var.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin