Statistikaya görə saçın tökülməsindən tez-tez kişilər üçün şikayət edir, amma bu problemlə qadınlar daha çox rastlaşır.
Saçların tökülməsi orqanizmdə hər hansı bir xəstəlik və ya pozulmanın ilk əlamətlərindən biri ola bilər. Buna görə də, müalicəyə başlamazdan əvvəl səbəbləri tapmaq lazımdır.
Saç tökülməsinin əlamətləri
1) Saçın yuyulmasından sonra 15-dən çox tükün tökülməsi
2) Başda saçsız ayrı hissələrin görünməsi
3) Kirpiklərin və qaşların qismən seyrəlməsi
4) Baş dərisinin qaşınması və soyulması
Saç tökülməsinin səbəbləri
1) Genetik meyl
2) Zərərli kimyəvi maddələrlə təmas, radiasiya ( saç tökülməsi ən çox onkoloji müalicədə kimyaterapiyadan sonra baş verir)
3) Otoimmun xəstəliklərin inkişafı
4) Mədə-bağırsaq traktının xəstəlikləri
5) Baş dərisində və servikal onurğada qan dövranının pozulması
6) İnfeksiyaların inkişafı, parazitlərin yayılması
7) Əvvəlki əməliyyatlar və xəsarətlər
8) Düzgün olmayan pəhriz və ya yorucu diyetlər
9) Bədəndə vitamin çatışmazlığı
10) Ağır stress, depressiya
Yuxarıda sadalanan səbəblər həm kişilərə, həm də qadınlara aiddir. Qadınlarda xüsusi ilə hamiləlik dövründə hormonlar səbəbindən saç tökülmələri müşahidə edilir. Kişilərdə isə daha çox genetik faktorlar və daxili xəstəliklər səbəb olaraq görülür.
Saç tökülməsi ilə necə mübarizə aparmaq lazımdır?
İlk növbədə siz analiz verərək problemin nədən qaynaqlandığını müəyyən etməlisiniz. Əgər bu makro və ya mikroelementlərin çatışmazlığından qaynaqlanırsa sizə balanslaşdırılmış qida və qida əlavələri, vitaminlər kömək edəcək.
Müalicə dövründə istənilən aqressiv prosedurlar - rəngləmə , burma , fenlə qurutma təxirə salınır.
Saç üçün laklar , muzlar və gellər də arzuolunan deyil. Müasir trixologiyada istifadə olunan saç tökülməsinin korreksiyasının effektiv metodlarına baş dərisinin masajı və aparatla müalicə prosedurları aiddir.
Həmçinin tük transplantasiyası da son zamanlar geniş yayılıb. Mezoterapiya və müxtəlif fizioterapevtik müalicə üsulları tük dibi follikulların fəaliyyərtini yaxşılaşdırır. Bu müalicə zamanı vitaminlərdən və şampunlardan istifadə eləmək də çox faydalıdır.
Səkinə Yusibli, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
04:27 / 12.12.2021
Qlobal problemə çevrilmiş saç tökülməsi- Səbəb və çarəsi nədir?
Hazırda oxunan: Qlobal problemə çevrilmiş saç tökülməsi- Səbəb və çarəsi nədir?
Hazırda oxunan: Qlobal problemə çevrilmiş saç tökülməsi- Səbəb və çarəsi nədir?
0:00
0:00
50246
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.