Qida sənayesi həmişə insanların öncəliyi olub. Çünki yaşamaq üçün hər kəsin qidaya ehtiyacı var. Şokoladlar da sevilən qida növlərindən biridir.
Məşhur şokolad markası olan "Nutella" da kiçikli-böyüklü hər kəsin, xüsusən də uşaqların sevdiyi şokolad markasıdır. Hər kəsin sevdiyi bu şokolad haqqında maraqlı faktları öyrənməyin zamanıdır.
"Nutella" məşhur İtalyan markasıdır. Yaradıcısı isə Ferrero Spa şirkətinin sahibi Mişel Ferrero adlı şəxsdir. Şokoladın yaranma səbəbi isə İkinci Dünya Müharibəsinə qədər gedib çıxır.
Müharibə səbəbi ilə yaşanan kakao tozu çatışmazlığı şokolad istehsalını azaltdığından Ferrero, Piedmont bölgəsində bol olan fındıq və kakaodan istifadə edərək nutellanın ilk versiyası olan "Giandujot"u meydana gətirir.
Lakin 1949-cu ildə "Nutella"nın maraqlı dəyişiminə səbəb hadisə yaşanır. Belə ki, günəşin altında qalan şokolad, bankada əriməyə başlayır və həlim vəziyyətə gəlir. Bununla da uşaqlar şokoladı rahatlıqla çörəyə çəkib yeyə bilirdilər. Bundan sonra Ferrero tərkibə dəyişiklik edərək şokoladı daha yumşaq halda istehsal etməyə başlayır.
"Nutella" adının meydana çıxması isə təsadüfi deyil. "Nut"-fındıq, "Ella" isə- sevimli mənasını verir. Bu səbəblə Ferrero bu adı qoyub, onu tanıtmağa başlayır. İngiltərə, Fransa bazarları rekord sayda məhsul satışını həyata keçirirdi.
Bununla da "Nutella" qısa müddətdə tək adıçəkilən ölkələrdə deyil, həmçinin bütün Avropanın sevilən markasına çevrildi. Hazırkı günümüzdə səhər yeməklərinin əvəzolunmaz qidasına çevrilən "Nutella" xüsusilə uşaqların sevimlisidir.
Markanın hazırkı sahibi Ciovanni Ferrero dünyanın 40-cı, İtaliyanın isə ən zəngin adamıdır.
Qeyd edək ki, Mişel Ferreronun rəhbərliyi altında məşhur "Nutella", "Kinder Chocolate", "Kinder Surprise", "Rafaello", "Ferrero Rocher", "Tic-Tac" kimi məşhur brendlər yaranıb.
Səkinə Yusibli, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
00:01 / 12.12.2021
Hər kəsin sevimli şokoladı- “Nutella” necə yaranıb?- TARİXİ
Hazırda oxunan: Hər kəsin sevimli şokoladı- “Nutella” necə yaranıb?- TARİXİ
Hazırda oxunan: Hər kəsin sevimli şokoladı- “Nutella” necə yaranıb?- TARİXİ
0:00
0:00
50236
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.