Əhməd İsmayılov: "Bu şəxslər də jurnalist vəsiqəsi ala biləcəklər" - VİDEO

Hazırda oxunan: Əhməd İsmayılov: "Bu şəxslər də jurnalist vəsiqəsi ala biləcəklər" - VİDEO

50207

Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov Milli Məclisdə müzakirə ediləcək "Media haqqında" qanun layihəsindən danışıb.

Bizim.Media xəbər verir ki, Ə.İsmayılov ARB 24-ün "Gündəm" verilişinə açıqlamasında KİV haqqında qanunun müvafiq maddəsində ştatdankənar və ştatlı müxbirlərin jurnalist statusundan istifadə etdilərini deyib:

O bildirib ki, yeniqanun layihəsində daha geniş yanaşma tətbiq edilib:

"Hər hansı media subeykti ilə istər ştatlı, istərsə də ştatsız heç bir əmək müqaviləsi olmadan əməkdaşlıq edənlər də jurnalist vəsiqəsi ala bilər. Onların fəaliyyəti ilə bağlı heç bir məhdudiyyət yoxdur. Jurnalist hansısa bir materialı hazırlayıb təqdim edirsə, həmin material üzərində müəllif hüququ var və onun media subyektində yayılması ilə bağlı müqavilə bağlayaraq özünü jurnalist kimi bəyan edir. Qanun layihəsində belə bir bəsit və səmərəli mexanizm ortaya qoymuşuq. Əmək müqaviləsi olmayan, müstəqil olaraq fəaliyyət göstərən, bir və ya bir neçə media subyektinə material təqdim edən jurnalistlər həmin maddənin təsir dairəsinə düşür. Sadəcə onların material təqdim etməsi hansısa bir sənəddə öz əksini tapır. Həmçinin qonarar alınması prinsipi də müqavilə əsasında olur".

Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin