Azərbaycan gömrükçüləri narkotik qaçaqmalçılığı cəhdinin qarşısı alıb.
Dövlət Gömrük Komitəsindən Bizim.Media-ya verilən məlumata görə, Naxçıvandan tranzit keçməklə Türkiyəyə, oradan da təyinat ölkəsi Belçikaya gedən 36 AA 961 dövlət nömrə nişanlı “SCANİA” markalı nəqliyyat vasitəsinə Şahtaxtı dövlət sərhədindən buraxılış məntəqəsində rentgen qurğusu vasitəsilə baxış keçirilib.
Gömrük baxışı həyata keçirilən zaman nəqliyyat vasitəsinin yanacaq çənində xüsusi olaraq hazırlanmış və aşkarlanması çətinləşdirilmiş saxlanc yerində gizlədilmiş maye halında tünd-qəhvəyi rəngli təmiz çəkisi 242 kiloqram 280 qram olan narkotik vasitə heroin aşkar olunub.
Qeyd olunan faktla bağlı Naxçıvan Dövlət Gömrük Komitəsinin İstintaq bölməsi tərəfindən Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə (qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsi) cinayət işi açılıb.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
							17:59 / 11.12.2021
							
						Gömrükdə narkotik qaçaqmalçılığının qarşısı alındı
						
							
								Hazırda oxunan: Gömrükdə narkotik qaçaqmalçılığının qarşısı alındı							
						
					
					
					
					
					
					
								Hazırda oxunan: Gömrükdə narkotik qaçaqmalçılığının qarşısı alındı							
						50202
					© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
					
					
					
					
					Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
























































































