Qanunsuz qazılan Pir Baba ziyarətgahına görə kənd sakinləri TƏHDİD OLUNUR - Şəki Polisi işə QARIŞDI

Hazırda oxunan: Qanunsuz qazılan Pir Baba ziyarətgahına görə kənd sakinləri TƏHDİD OLUNUR - Şəki Polisi işə QARIŞDI

50155

Şəkidə yerləşən “Babaratma” (Pir Baba) ziyarətgahının qanunsuz qazıntıdan sonra çat verdiyini və bu səbəbdən Cümakənd sakinlərinin aidiyyəti qurumlara müraciətini xəbər vermişdik. 47 nəfər kənd sakininin iddiasına görə əslində türbəni və orada olan tarixi qəbrləri qızıl axtarmaq məqsədi ilə yararsız hala salanlar Cumakənd kənd ərazi nümayəndəsi Mustafa Əliyevlə ziyarətgahın nəzarətçisi Məmməd Süleymanovdur. 

Amma DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan saytımıza bildirilmişdi ki, qazıntını aparan şəxs ziyarətgahda abadlıq işləri ilə məşğul olan Namiq Şahmalıyevdir və o, saxlanılıb.

Kənd sakinləri növbəti dəfə saytımıza müraciət edərək ziyarətgahda baş verənlərlə bağlı şikayətlərinin geri götürülməsi üçün təhdid olunduqlarını bildiriblər.

MÖVZU İLƏ BAĞLI:

Şəkidəki Pir Baba ziyarətgahında nə baş verir? – VİDEOFAKT


Üstəlik Cumakənd kənd ərazi nümayəndəsi Mustafa Əliyev ona aid olmadığı təqdirdə ziyarətgahda abadlıq işlərinə və ağac əkməyə başlayıb. Halbuki bu səlahiyyət birbaşa Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə aiddir.

Məsələ ilə bağlı Bizim.Media-ya danışan DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov bildirib ki, Şəki Şəhər Rayon Polis Şöbəsində onların kimsə tərəfindən təhdid olunmaları ilə bağlı hər hansısa bir müraciət yoxdur:

“Əvvəllər orada abadlıq işləri aparan Namiq Şahmalıyev barədə də sizə məlumat vermişdim. Qadına qarşı dələduzluq etmişdi və ziyarətgahda qazıntı işləri aparması faktı ilə barəsində cinayət işi açılmışdı. Artıq o da yekunlaşıb və iş məhkəməyə göndərilib. Kimsə kimisə hər hansısa bir yolla təhdid edirsə, əgər əsaslı şikayəti varsa, müraciət edə bilər”.

Şəki regional qrupunun rəsmisi Mustafa Əliyevin ziyarətgahda abadlıq işləri aparması məsələsinə də münasibət bildirib. O, deyib ki, bu barədə Şəki Şəhər İcra hakimiyyəti mövqe bildirməlidir.

İcra hakimiyyəti ilə is əlaqə yaratmaq mümkün olmayıb. 

Xatırladaq ki, Şəkinin Cumakənd kəndində yerləşən “Babaratma” (Pir Baba) ziyarətgahında qızıl axtarışı ilə bağlı qanunsuz qazıntı işləri aparılıb. Görüntülərdə türbənin sahibinin qəbrinin yandan qazıldığı, daha sonra naməlum səbəbdən qazılan çalanın doldurulduğunu əks etdirən kadrlar var.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin