AQTA bu restoranları cərimələdi - SİYAHI 

Hazırda oxunan: AQTA bu restoranları cərimələdi - SİYAHI 

50112

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.

AQTA-dan Bizim.Media-ya verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində 2021-ci il dekabrın 9-da ölkə üzrə 404 ictimai iaşə obyektində 699 monitorinq keçirilib.
 

Monitorinqlər zamanı 7 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub.


Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Səbail‎ rayonu, Nizami küç., ev 42 ünvanında yerləşən, hüquqi şəxs “Cafe La Provence” MMC-yə məxsus “Cafe La” kafesi;

2. Bakı Şəhəri, Səbail‎ rayonu, V. Məmmədəliyev küçəsi 17 ünvanında yerləşən, hüquqi şəxs “Suliko” MMC-yə məxsus “Suliko Restaurant” restoranı;

3. Bakı Şəhəri, Nizami rayonu, Məhsəti küç., ev 1a ünvanında yerləşən, fiziki şəxs Verdiyev Samir İlham oğluna məxsus restoran;

4. Bakı Şəhəri, Binəqədi ‎ rayonu, S. S. Axundov küç., ev 70D ünvanında yerləşən, fiziki şəxs Həşimov Elbrus Yaşar oğluna məxsus kafe;

5. İsmayıllı rayonu, İsmayıllı-Qəbələ yolunda yerləşən, fiziki şəxs Paşazadə Anar Mənsim oğluna məxsus “Bax belə” restoranı;

6. Şamaxı rayonu, Avaxıl kəndi “Qızıldaş” ailəvi istirahət mərkəzində yerləşən, fiziki şəxs Əhmədov Ruslan Məmməd oğluna məxsus kafe;

7. Gəncə şəhəri, Əliyev prospektinin İ. Məmədov küçəsi ilə kəsişməsində yerləşən, fiziki şəxs Orucov İsa Haqverdi oğluna məxsus "Tantuni" dönər evi.

Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin