Azərbaycanda “Azərişıq” əməkdaşları ilə bağlı kriminal hadisələrdən biri də Biləsuvarda baş verib.
Daxili İşlər Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, rayon elektrik şəbəkəsinin işçisi sayğaca baxmaq istəyərkən hücuma məruz qalıb.
Belə ki, Biləsuvarın Yuxarı Cürəli kəndi ərazisində rayon sakini M.Abbasovun qol nahiyəsinə kəsici alətlə xəsarət yetirilib.
MÖVZU İLƏ BAĞLI:
“Azərişıq” ASC-nin əməkdaşlarının bıçaqlanması ilə bağlı RƏSMİ AÇIQLAMA
Rayon elektrik şəbəkəsinin işçisi olan M.Abbasovun kənd sakini Ə.Rufullayevin elektrik sayğacına baxış keçirmək istəyərkən onun xuliqanlıq zəminində M.Abbasova xəsarət yetirməsi müəyyənləşib.
Ə.Rufullayev görülən tədbirlərlə saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb.
Bizim.Media