Azərbaycanda COVID-19-la bağlı 15 təlim mərkəzi yaradılıb - FOTO

Hazırda oxunan: Azərbaycanda COVID-19-la bağlı 15 təlim mərkəzi yaradılıb - FOTO

50084

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə Gəncədə konfrans keçirilib.

Bizim.Media xəbər verir ki,  konfrans Avropa İttifaqı və ÜST-ün birgə icra etdikləri “Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü” layihəsi, “Aİ-ÜST COVID-19 peyvəndlərinin və peyvəndləşmənin tətbiqinə dəstək” aksiyası çərçivəsində keçirilmiş təlim proqramlarının aralıq nəticələrinin təqdim olunması məqsədi ilə baş tutub.
 

MÖVZU İLƏ BAĞLI:

ÜST rəsmisi: "Azərbaycanda "Omikron" ştammına rast gəlinməyib" - FOTO


ÜST-nin Azərbaycandakı Nümayəndəsi Hande Harmancı “Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü” layihəsi və Aİ-ÜST COVID-19 peyvəndlərinin və peyvəndləşmənin tətbiqinə dəstək aksiyası barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. 

O bildirib ki, layihə çərçivəsində Azərbaycanın müxtəlif bölgələrində ümumilikdə 15 təlim mərkəzi yaradılıb. Bu mərkəzlərdəki təlim kursları çərçivəsində ümumilikdə 5240, COVID-19 vaksinasiyası üzrə 1850, təməl həyat dəstəyi üzrə 3000, təkmil həyat dəstəyi üzrə 190, COVID-19 xəstələrinin stasionarda idarəedilməsi üzrə isə 200 tibb işçisi təlim keçib.

Tədbirin davamında ÜST-nin Ölkə Ofisinin layihə rəhbərləri Azərbaycanda tibb işçiləri üçün COVID-19 ilə bağlı Davamlı Peşəkar İnkişafa dəstək çərçivəsində həyata keçirilmiş tədbirlərin aralıq qiymətləndirilməsini təqdim ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin