Elmira Süleymanova MANATI təhqir edən qardaşı nəvəsindən DANIŞDI - "Tərbiyə etdiyim uşaq deyil ki... " - VİDEO

Hazırda oxunan: Elmira Süleymanova MANATI təhqir edən qardaşı nəvəsindən DANIŞDI - "Tərbiyə etdiyim uşaq deyil ki... " - VİDEO

0:00
0:00
50073

Bir manatlıq əsginasa tüpürərək, ödəniş terminalına daxil edən gəncin hərəkəti ictimaiyyətdə ciddi müzakirə doğurub. Dövlət atributumuza qarşı hörmətsizlik və iyrənc hərəkət edən Gəray İsgəndərli adlı gənc sosial şəbəkələrdə sərt tənqid edilib. Hətta onun məsuliyyətə cəlb olunması üçün çağırış edilib. 

Təccüb doğuran məqam isə sözügedən gəncin sabiq Ombudsman Elmira Süleymanova ilə hallandırılmasıdır.

Məlumata görə Gəray İsgəndərli Elmira Süleymanovanın qardaşı nəvəsidir. Yəni qardaşı qızının oğludur. 

Məsələ ilə bağlı Bizim.Media-ya açıqlama verən Elmira Süleymanova Gəray İsgəndərlinin qardaşı nəvəsi olduğunu təsdiqləsə də, sözügedən məsələdə onun adının hallandırılmasından gileylənib:

“Qardaşım diş həkimidir və pensiyadadır. Onun bir qızı var. O da həkimdir. Bunun doğurdan da Gəray adlı oğlu var. Nə hadisə törədib, onu da bilmirəm. Birinci dəfədir ki, eşidirəm. Amma bunun mənə nə aidiyyəti var. Adımı bu məsələdə niyə hallandırırlar ki? Bunu o dəqiqə tapıb kiminsə adı ilə bağlamaq düzgün iş deyil. Tanınmış sima olanda nə olar? Mənim tərbiyə etdiyim uşaq deyil ki... Nə mən onları, nə də onlar məni ildə bir dəfə görür. Gənc də ünsiyyətdə olduğum uşaq deyil”.

Əsginasa tüpürən gəncin anası Cəmilə İsgəndərli isə saytımıza sərt şəkildə mövqe bildirib:

“Siz nəyə görə zəng edirsiz? Açıqlama vermək fikrində deyiləm. O cəzasını alıb. Biz vermişik cəzasını... Mənə heç kim zəng etməsin”, - deyə gəncin anası söhbəti yarımçıq kəsib. 

Alçina Amilqızı, Bizim.Media 
 


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin