Bəxtiyarın “Sanka Zver” təhqirinin PƏRDƏARXASI – FAKT, yoxsa FEYK?

Hazırda oxunan: Bəxtiyarın “Sanka Zver” təhqirinin PƏRDƏARXASI – FAKT, yoxsa FEYK?

50072

Azərbaycanlı əfsanəvi qanuni oğru "Lotu Bəxtiyar” və "Sanka Zver” kimi ad qazanmış kriminal avtoritet Cabir Qasımovla bağlı maraqlı xəbər yayılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə məlumat ilk dəfə 2019-cu ildə tirajlanıb. 

Deyilənə görə, "Lotu Bəxtiyar” 1994-cü ildə öz ad günündə keçirdiyi "sxodka”da bildirib ki, "Sanka Zver” bütün qanuni oğrulara xəyanət edib. Həmçinin qanuni oğru Cabir Qasımovun hərəkətlərinə görə xəcalət çəkdiyini açıqlayıb: 

"Bizi digər ölkələrdən olan qanuni oğruların içində biabır edib. Moskvada onun hərəkətinə görə xəcalət çəkdim, danışmağa söz tapmadım. O, Rusiyada oğru dünyasından imtina edib. Polislərin kitab-dəftərində qanuni oğru olduğunu inkar etdiyi ilə bağlı sənədlərə qol çəkib”.

Qeyd edək ki, Cabir Qasımov 1920-ci ildə Zığda anadan olub. 1936-cı ildə ermənini öldürdüyü üçün həbs edilib.

Onu Sibirdə yerləşən ağır rejimli həbsxanaya göndəriblər. Cabir həbsdə olduğu zaman azərbaycanlı qanuni oğru, "Uralın Allahı” sayılan "Diktator Ağakərim”lə tanış olub. Məhz onun təşəbbüsü ilə "Zığlı Cabir” qanuni oğru adına yiyələnib. 

Daha sonra Cabir həbsxanada olan zaman özündən fiziki cəhətdən çox üstün olan ermənini qətlə yetirib. O gündən Cabirə "Zver” ayaması verilib. Daha sonra "Zver”ə "Sanka” sözü də əlavə edilib. Bəzi məlumatlarda həbsxanada öldürdüyü yekəpər erməni yox, Sanka adında rus olub. “Sanka Zver” də belə alınıb. 

Cabir Qasımov 1973-cü ildə dostu, "Kəbir” kimi tanınan kriminal avtoritet tərəfindən avtomobildə öldürülüb. Həmin günə qədər “Sanka Zver” maşında özündən arxada kiminsə oturmağına icazə vermirmiş. “Kəbir”lə olay onun üçün ilk və son olub. 

Sonda qeyd edək ki, iki il öncə yayılan xəbər – Bəxtiyarın “Sanka Zver”in dalınca danışmağını feyk adlandıranlar da var.

Çünki bu, Usoyan klanının üzvləri tərəfindən aparılan qarayaxma da ola bilər. Belə ki, kriminal aləmdə “palaskat” kimi adlanan qeybət elementləri cinayət dünyasının şahlarına yaraşmır. Özü də söhbət ölən bir nəfərdən gedirsə. 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin