Tərtər məktəbinə hücumun səbəbi MƏLUM OLDU – Direktordan AÇIQLAMA

Hazırda oxunan: Tərtər məktəbinə hücumun səbəbi MƏLUM OLDU – Direktordan AÇIQLAMA

0:00
0:00
50053

Naməlum şəxslərin Tərtərdə məktəbə hücum etdiyi barədə məlumat yayılıb. Söhbət rayonun Şıxarx kəndindəki 2 saylı tam orta məktəbdən gedir. Məlumata görə məktəbə hücum edən şəxslər bir sıra sinif otaqlarını, avadanlıqları dağıdıblar.

Məsələ ilə bağlı Bizim.Media-ya danışan Tərtər Rayon Təhsil Şöbəsinin rəsmisi Zahid Təhməzov hadisədən xəbərsiz olduğunu deyib:

MÖVZU İLƏ BAĞLI:

DİN-dən Tərtər məktəbində baş verən hadisə ilə bağlı AÇIQLAMA


“Belə bir şey olsaydı bizim də xəbərimiz olardı. O məktəbdə heç nə baş verməyib”.

Tərtər rayon Sarvan Quliyev adına Şıxarx kənd 2 saylı tam orta məktəbinin direktoru Tofiq Hacıyev isə hücumdan söhbət belə getmədiyini bildirib:

“Heç bir basqı və ya hücum olmayıb. Sadəcə olaraq külək qapını qırıb. Oradan isə  uşaqlar akt zalına daxil olaraq stulların bəzilərini qırıblar. Kim hücum edəcək ki, bura?”

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin sözügedən məsələ ilə bağlı açıqlamasına görə məsələ rayon polis şöbəsi tərəfindən araşdırılır.

Məlumat üçün bildirək ki, məktəbdə Vətən müharibəsi dövründə ermənilərin artilleriya zərbələri nəticəsində evləri dağılan kənd sakinləri məskunlaşıb.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin