Bakıda istehlaka yararsız turşu məhsulları aşkar edildi - FOTO

Hazırda oxunan: Bakıda istehlaka yararsız turşu məhsulları aşkar edildi - FOTO

50033

Nərimanov rayonunda fəaliyyət göstərən turşu məhsullarının saxlanılması və satışı müəssisəsində nöqsanlar aşkarlanıb.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Bizim.Media-ya verilən məlumata görə,  Daş karxanası küçəsi, ev 853 ünvanında fəaliyyət göstərən müəssisə fiziki şəxs Azaqov Elnur Arif oğluna məxsusdur.

Yoxlama zamanı müəssisədə 393 ədəd balonda müxtəlif növ istehlak üçün yararsız mürəbbə və turşu məhsulları aşkar edilib.

Belə ki, mürəbbə və turşu məhsullarının yerdən, divara bitişik şəkildə və birbaşa günəş şüalarının təsiri altında saxlanıldığı məlum olub.

İstehlak üçün yararsız məhsullar satış şəbəkəsindən çıxarılaraq aşkar olunmuş faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb, müəssisə rəhbəri inzibati məsuliyyətə cəlb olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin