"Hakimin qərarını siz necə qarşıladınızsa, biz də elə qarşıladıq. Sadəcə, belə qərarın verilməsi biabırçılıq idi".
Bu fikirləri "Qarabağ"ın Mətbuat Xidmətinin rəhbəri Gündüz Abbaszadə İsveçrədə "Bazel"ə qarşı UEFA Konfrans Liqasının qrup mərhələsinin VI tur oyununda üzləşdikləri hakim ədalətsizliyindən danışarkən deyib.
O, Abdullah Zubirin 2-ci dəqiqədəki qolunda topun qapı xəttindən iki metrədək içəri keçdiyini və hakimlərin bunu görmədiyini bildirib:
"Bəziləri düşünə bilər ki, 3 top fərqi ilə məğlub olmuşuq. Amma futbolu yaxından izləyənlər və dərindən bilənlər erkən qolun bütün matçın axarını dəyişə biləcəyindən xəbərdardırlar. Artıq bu qoldan sonra üstünlük, həm mənəvi, həm psixoloji, həm də hesab baxımından bizim tərəfimizdə olacaqdı. Belə olan halda oynamaq daha rahat olardı".
Klub rəsmisi oyundan sonra rəsmi şəxslərə şifahi narazılığıqlarını bildirdiklərini söyləyib:
"Amma bu narazılıqlara baxan kimdir? UEFA nümayəndəsi və qarşılaşmanın hakim-inspektoru da bunu görüb. Xorvatiyalı baş hakim Fran Yoviç oyunun gedişində - ikinci hissədə futbolçumuz Kevin Medinaya "üzr istəyirəm, mən səhv etdim" deyib. Hakimlər səhvə yol verdiklərini fasilədə biliblər. Ümid edək ki, bu, sadəcə, səhv idi və hansısa qərəz deyildi".
Abbaszadə qərara rəsmi şəkildə etiraz edəcəklərini vurğulayıb:
"Hazırda yoldayıq. Bakıya qayıdandan sonra rəsmən etirazımızı bildirəcəyik. Amma bu nəyi dəyişək? Bu, "Qarabağ"a qarşı ilk hakim səhvi deyil. Ümumiyyətlə, "Bazel"in lehinə olan ilk hakim səhvi də deyil. "Kayrat"la matçda da onların lehinə qərarlar çıxarılıb. Orada hakim səhvi olmasaydı, qapımıza ikinci qolu vuran Paytim Kasami bizə qarşı matçda meydanda olmamalı idi. Çünki o, əvvəlki qarşılaşmada meydandan qovulmalı idi. Bütün bunlar istər-istəməz xoş deyil". (Report)
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:23 / 10.12.2021
Xorvatiyalı hakim "Qarabağ"ın futbolçusundan üzr istəyib
Hazırda oxunan: Xorvatiyalı hakim "Qarabağ"ın futbolçusundan üzr istəyib
Hazırda oxunan: Xorvatiyalı hakim "Qarabağ"ın futbolçusundan üzr istəyib
50021
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.