Azərbaycanda media ilə bağlı yeni Şura yaradılacaq – TƏFƏRRÜAT

Hazırda oxunan: Azərbaycanda media ilə bağlı yeni Şura yaradılacaq – TƏFƏRRÜAT

49992

Azərbaycanda Audiovizual Şura yaradılacaq.

Bizim.Media xəbər verir ki, bu, “Media haqqında” yeni qanun layihəsində əksini tapıb.

Layihədə qeyd edilib ki, Azərbaycanda audiovizual media sahəsində tənzimləməni Şura həyata keçirir. Şuranın fəaliyyəti dövlət büdcəsi və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda xəbər “oğurluğunun" qarşısı necə alınacaq?


Şura müstəqil balansa, “Azərbaycan Respublikasının Dövlət Gerbindən istifadə qaydaları haqqında” qanuna uyğun olaraq, həmçinin Azərbaycan Respublikasının Dövlət Gerbinin təsviri və öz adı əks olunmuş möhürə, müvafiq ştamplara, blanklara və bank hesablarına malikdir.

Şuranın fəaliyyət istiqamətləri isə aşağıdakılardır:

1. audiovizual media sahəsində tənzimləməni və qüvvədə olan normativ hüquqi aktlara əməl edilməsinə nəzarəti həyata keçirmək;

2. audiovizual media sahəsində dövlət siyasətinin formalaşmasında iştirak etmək və bu siyasətin həyata keçirilməsini təmin etmək.

3. bu qanunla müəyyən edilən digər istiqamətlərdə fəaliyyət göstərmək.

Sənəddə qeyd edilib ki, Şura sədr də daxil olmaqla 7 (yeddi) üzvdən ibarət tərkibdə fəaliyyət göstərir.

Şuranın üzvləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilirlər.

Üzvlərin səlahiyyət müddəti 5 (beş) ildir. Eyni şəxs ardıcıl olaraq iki dəfədən artıq Şuranın üzvü ola bilməz.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin