“Uğurlu qadın”ın sirri açıldı – Nərgizdən daha bir TREND

Hazırda oxunan: “Uğurlu qadın”ın sirri açıldı – Nərgizdən daha bir TREND

49898

Dekabrın 5-də "Uşaqların xoşbəxt gələcəyi” qeyri-hökumət təşkilatının rəhbəri, xeyriyyəçi Nərgiz Babayeva-Kərimova və psixoloq Xanım Həsənovanın “Uğurlu qadın” adlı treninqi baş tutub.

“BeeArif by Mydom” restoranında baş tutan tədbir cəmiyyətdə öz sözünü demiş və uğur hekayəsi ilə digər insanlara motivasiya verən qadınların iştirakı ilə başlayıb.  

Nərgiz xanım yenə öz ənənəsinə sadiq qalaraq, dadlı təamları və xüsusi süfrə estetik zövqü ilə açdığı masası ilə qonaqları yenə də təəccübləndirə bilib. Hər zaman təamların xüsusi zərif dadını qoruyub saxlamağı bacaran və bunu demək olar ki, bir brendə çevirən ev yiyəsi bir-birindən dadlı yeməklərlə qonaqların damaq zövqünü oxşamağı hər zaman bacarıb.

Tədbirdə Kamalya Əhmədovanın ifaları ilə start verib, daha sonra isə tədbirin spikerləri çıxış edib. Əvvəl psixoloq Xanım Həsənova qadınları salamlayaraq, onlar cəmiyyətdə necə bir güclü qadın olmaları haqqında söhbət açıb.

O, əsasən qadınların cəmiyyətdə daha güclü və həyata daha açıq gözlə baxmağın vacibliyini vurğulayıb. 

“Çünki qadın hər şeydən əvvəl anadır, o, sabah cəmiyyət üçün daha sağlam övladlar böyütmək üçün daha güclü olmalıdır. Qadın əsas özünə güvənməlidir, özünə inanmalıdır. Ən əsası isə həyatda nə istədiyini dəqiq bilməlidir”, - deyə Xatirə Həsənova məclisdə iştirak edən qadınlara müraciətində deyib. 

Daha sonra bu gün cəmiyyətdə adı güclü və uğurlu qadınlar sırasında sadalanan Nərgiz Babayeva-Kərimova biznes həyatında iş qadını kimi qazandığı uğurlarından danışıb.

O, Azərbaycan Tibb Universitetini bitirməsinə baxmayaraq, iş həyatına riskli olsa da atıldığını və hazırda ən sevdiyi işlə restoran biznesi ilə məşğul olduğunu da qeyd edib. 

O, bu yolda keçdiyi keşməkeşli, çətinliklərindən də danışaraq, bunlara rağmən hər zaman güclü bir şəxsiyyət kimi formalaşmasına çalışdığını vurğulayıb.

Tədbirin sonunda qonaqlar uğurlu layihələrinə görə, Nərgiz xanıma xoş sözlərini, arzularını çatdırıblar.

Vüsalə Balayeva, Bizim.Media














© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin