“12 illik təhsilə keçid erkən nikahların da qarşısını ala bilər” - Təhsil EKSPERTİ

Hazırda oxunan: “12 illik təhsilə keçid erkən nikahların da qarşısını ala bilər” - Təhsil EKSPERTİ

49871

“Bu gün dünya ölkələrində 11 deyil, hətta 14 illik təhsil müəssisələri mövcuddur.  Azərbaycan 30 ildir 11 illik təhsil sistemindədir. Ölkədə, dünyada baş verən yeniliklər təbii ki, təhsil sahəsinə də təsir edir, inkişafını zəruri edir. Bununla da kitab, dərsliklərin informasiya yükü artır. Dünya təcrübəsində 12 illik sistemə daha çox üstünlük verilir”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirib.

MÖVZU İLƏ BAĞLI:

Gələn il qəbul imtahanları iki mərhələdə keçiriləcək - RƏSMİ 


O, 12 illik təhsil pilləsinə keçidi dəstəklədiyini diqqətə çatdırıb və bu haqda verilən qərarlardan söz açıb:

“2013-cü ildə ölkə başçımız Prezident İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda strateji hədəf kimi 12 illik təhsilə keçidiyin vacibliyi müəyyən olunub. Həmçinin bununla bağlı 2016-cı il 6 dekabr tarixli fərman ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə də 12 illik təhsilə keçiddə ilkin addımların atılmasının əsası qoyulub”.

Kamran Əsədov bildirib ki, hələ "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasında Azərbaycanda 2020-ci ilədək 12 illik təhsil sisteminə keçid nəzərdə tutulmuşdu lakin pandemiya səbəbi ilə bu proses gecikib.

Həmçinin o, 12 illik təhsil pilləsinə keçiddə hansı sxemlə tədrisin aparılacağını da bildirib:

“Təbii ki, bu proseslərdə dünya təcrübəsinə əsaslanaraq düzgün strategiyalar qurulmalıdır. Əsas məsələ təhsil pillələrinin 4+6+2 və yaxud 5+5+2 və ya digər hansısa sxem əsasında qurulmasıdır. Ümumiyyətlə mən ibtidai sinifin 4 il olmasını az hesab edirəm. Ona görə 5+5+2 sxemini daha uyğun görürəm.

Ekspert həmçinin 12 illik təhsilin iqtisadi və mənəvi baxımdan müsbət tərəflərini vurğulayıb. Həmçinin rəsmi olmasa da, artıq 12 illik təhsilə keçid etdiyimizi də açıqlayıb:

“12 illik təhsil sistemi iqtisadi baxımdan da ölkəmizə yararlıdır. Çünki müəllimlərin iş saatı artacaq. Əmək fəaliyyəti ilə məşğul olanların gəlirlərinə müsbət təsir edəcək. Həmçinin yeni sistem 10 illik olacağı təqdirdə erkən nigahların qarşısını almaqda faydalı olacaq. Xüsusilə qeyd edim ki, Azərbaycan onsuz da 12 illik təhsilə keçib, çünki indi uşaqlar 5 yaşda məktəbəqədər siniflərə gedirlər. 1 il orada ilkin bilikləri öyrənib, sonra isə 11 illik təhsilə başlayırlar. Amma rəsmi olaraq məktəbəqədər təhsil pilləsi kimi hesab edilmir. Ümid edirəm tez bir zamanda bu sistemlə təhsil prosesinə davam edəcəyik və bu mütləqdir”.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin