İranla dövlət sərhədində narkotik vasitələrin qanunsuz dövriyyəsi məşğul olan şəxslər saxlanılıb.
Dövlət Sərhəd Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, noyabrın 15-də saat 02:55 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Beyləqan rayonunun Əmirzeyidli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində içərisində 4 nəfərin olduğu sarı rəngli “VAZ” markalı 10-DZ-092 dövlət nömrə nişanlı avtomobilin əraziyə yaxınlaşması və nəqliyyat vasitəsindən iki nəfərin düşərək özlərini şübhəli aparmaları sərhəd naryadının diqqətini cəlb edilib.
Sərhəd naryadının “Dayan” əmrinə tabe olmayaraq, ərazidən bağlama götürüb avtomobillə hadisə yerindən uzaqlaşmağa cəhd edən şəxslər Daşburun dairəsi istiqamətində saxlanılıblar.
Onların Bakı şəhər sakinləri 1975-ci il təvəllüdlü Bədəlzadə Azər Araz oğlu, 2004-cü il təvəllüdlü Bədəlov Araz Azər oğlu, 1990-cı il təvəllüdlü Abdullayev Əfqan Fazil oğlu və Beyləqan rayon sakini 1976-cı il təvəllüdlü Allahverdiyev Elşən İnşallah oğlu olmaları müəyyənləşdirilib, avtomobilə baxış zamanı bir ədəd bağlamanın içərisində ümumi çəkisi 6 kiloqram 400 qram narkotik vasitəyə bənzər maddə (100 qram “tiryək”, 600 qram “heroin”, 5200 qram “marixuana”, 500 qram metamfetamin)və 2000 ədəd “tramadol” həbi aşkar olunaraq götürülüb.
Saxlanılan şəxslərdən əvvəllər narkotik vasitənin istifadəsinə görə məhkum olunmuş A.Bədəlzadə sərhədçilərə qarşı müqavimət göstərərək bıçaqla xəsarət yetirməyə çalışarkən tərkisilah edilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:50 / 09.12.2021
İranla sərhəddə sərhədçilərimizə bıçaqla xəsarət yetirməyə çalışanlar tutuldu - DETALLAR
Hazırda oxunan: İranla sərhəddə sərhədçilərimizə bıçaqla xəsarət yetirməyə çalışanlar tutuldu - DETALLAR
Hazırda oxunan: İranla sərhəddə sərhədçilərimizə bıçaqla xəsarət yetirməyə çalışanlar tutuldu - DETALLAR
49831
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.