STEAM Azərbaycan Festivalına start verildi – 15 bölgə, 100 mindən çox şagird

Hazırda oxunan: STEAM Azərbaycan Festivalına start verildi – 15 bölgə, 100 mindən çox şagird

49810

STEAM Azərbaycan Festivalına start verilib.

Bizim.Media xəbər verir ki, Təhsil Nazirliyi və “STEAM Azərbaycan” layihəsinin təşkilatçılığı ilə keçirilən festivalın açılış mərasimində təhsil naziri Emin Əmrullayev, millət vəkilləri, ictimaiyyət nümayəndələri, Türkiyə və İsraildən olan qonaqlar iştirak edir.

Tədbirdə çıxış edən təhsil naziri Emin Əmrullayev bildirib ki, "STEAM Azərbaycan" 100 mindən çox şagirdi əhatə edir:

"15 bölgədə "STEAM" mərkəzləri açılacaq. Hazırda Quba, Gəncə, Salyan, Ağdaş rayonlarında STEAM mərkəzləri fəaliyyət göstərir. Növbəti tədris ilindən başlayaraq innovativ məktəblər layihəsinə başlayacağıq. İnanıram ki, layihə Azərbaycan gəncliyini ən yaxşı şəkildə hazırlayacaq".

O qeyd edib ki, layihə ilk başlayan müddətdən Birinci vitse-prezident Mehriban Əliyevanın xüsusi diqqəti və göstərdiyi dəstək nəticəsində həyata keçirilib:

"Bu gün burada olan gənclərin qurduqları stendlərin böyük qismi də işğaldan azad olunmuş ərazilərdəki quruculuq işləri ilə bağlıdır".

Məlumat üçün bildirək ki, festival çərçivəsində "STEAM Open (Makerthon)", "Hackaton", "Micro:bit", "Lego Sumo senior", "Lego Sumo junior", "Line folower", "3D Cad", "Short movie", "Edu dron", Humanoid robot, üzrə kateqoriyaları istiqamətində yarışlar keçirililəcək.

Əlavə olaraq iştirakçılar Kvest texnologiyaları modulu üzrə “Escape Room”la tanış olub, oyunun aktiv iştirakçısına çevrilə bilmək imkanı qazanacaqlar. Festivala regionlardan 91 komandadan 374 iştirakçı, paytaxt üzrə 198 komandadan 518 iştirakçı olmaqla, ümumilikdə 289 komandadan 892 iştirakçı qatılıb.

Qeyd edək ki, STEAM layihəsi çərçivəsində istedadlı şagirdlərin üzə çıxarılması məqsədilə mütəmadi olaraq yarış və müsabiqələr keçirilir. STEAM Azərbaycan festivalının təşkili də həmin fəaliyyətlər sırasındadır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin