Azərbaycanın dilbər guşələrindən və başlıca turistik məkanlarından olan Qəbələ rayonu barədə
Moderator.az-a maraqlı və sevindirici bir məlumat daxil olub. Bildirilir ki, rayon mərkəzində avtomobillərin nəinki sürətələ hərəkət etməsinə, hətta gücləndirici səs siqnallarından istifadəyə qadağa qoyulub və bu qadağalara məhəl qoymayan hər kəs kimliyindən asılı olmayaraq ciddi cəzalandırılır. Mənbəmiz deyir ki, hətta bu qadağaları avtomobil sahiblərinin diqqətinə çatdırmaq üçün yol kənarlarında xüsusi işarələr də qoyulub...
Doğrusu, xəbəri eşidib həm sevindik, həm də təəccübləndik. Hər şeydən öncə bu bir mədəniyyətdir və baş-beynimizi aparan bu siqnallardan qurtulmaqda fayda var. Ümid edək ki, nə zamansa Bakıda da bu qaydalar tətbiq olunsun və bu qadağalar indiki kimi kağız üzərində qalmasın...
Yeri gəlmişkən, adətən bu cür orilinal qadağalar Naxçıvandan Azərbaycanın digər bölgələrinə yayılardı və "Vasif Talıbovun qaydaları" kimi dillər əzbəri olardı. İndi deyəsən Qəbələdə də Naxçıvan "küləyi" əsməyə başlayıb...
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.