Məktəbli dərs vaxtı özünü niyə pəncərədən atıb? – Direktor səbəbi AÇIQLADI

Hazırda oxunan: Məktəbli dərs vaxtı özünü niyə pəncərədən atıb? – Direktor səbəbi AÇIQLADI

49705

Qusar rayonunun Yuxarı Zeyxur kənd tam orta məktəbinin direktoru Hikmət Ağacanov bu gün məktəbdə baş verən intihara cəhd hadisəsinə münasibət bildirib. 

Direktor Bizim.Media-ya açıqlamasında bildirib ki, hadisə 8-ci sinfin idman dərsində baş verib.

“Məktəbli qız su içmək adı ilə müəllimdən icazə istəyib və təkidlə icazə aldıqdan sonra boş sinif otağına gəlib. Sinif yoldaşları idman zalında olub.

Onun özünü pəncərədən atdığını müəllimlərdən biri görsə də artıq gec olub. Xoşbəxtlikdən sağ qalan məktəbli sağ ayağının və 3 qabırğasının sınığı dioqnozu ilə xəstəxanaya çatdırılıb. Sabah əməliyyat olunacağı deyilir”.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda 8-ci sinif şagirdi özünü məktəbin pəncərəsindən atdı - ÖZƏL


Hikmət Ağacanov şagirdin hansı səbəbdən özünü öldürmək istəməsindən də danışıb. 

"Həmin şagird məktəbimizə bu dərs ilinin əvvəlində Samur qəsəbəsindən gəlib. O, sinif yoldaşlarına atasının həmişə spirtli içki içdiyini və bu səbəbdən ailələrində mütəmadi problem olduğunu deyib.

Hadisənin bu səbəbdən baş verdiyi ehtimal edilir. Məktəbli ilkin ifadəsində rayonun hüquq-mühafizə orqanlarına da bunu açıqlayıb”, - deyə direktor əlavə edib.

Qeyd edək ki, Qusar rayon prokurorluğu faktın araşdırılmasına başlayıb.

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin