Bələdiyyə sədrindən TƏKLİF: Xüsusi mülkiyyətli binalardan vergi toplanmalıdır – VİDEO

Hazırda oxunan: Bələdiyyə sədrindən TƏKLİF: Xüsusi mülkiyyətli binalardan vergi toplanmalıdır – VİDEO

49703

Torpaq satan və saxta torpaq verən kimi yaddaşlarda qalan bələdiyyələrimizin fəaliyyətinin nədən ibarət olması barədə hələ də bir çox vətəndaşlarımız xəbərsizdir. Bu sistem zamanla güclənmək əvəzinə, zəifləməyə doğru gedir. 

Bəs görəsən, əhalinin problemlərini həll etməkdə çətinlik çəkən bələdiyyələrin nüfuzunu necə qaldırmaq olar?

Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı ARB telekanalında yayımlanan “Diqqət efir” verilişinə açıqlama verən millət vəkili Fazil Mustafa bildirib ki, vətəndaşa xidmət etmək üçün bələdiyyələrin büdcəsi olmalıdır:

“Büdcədən 11 milyon manat pul ayırırıq. O da mücərrəd şəkildə ayrı-ayrı bələdiyyələrə gedir” Bələdiyyə sədrləri isə toplayacaqları vergilərlə büdcələrini formalaşdıracaqlarını gözləyirlər.

Hətta Qaraçuxur bələdiyyəsinin sədri İxtiyar Nəcəfov isə xüsusi mülkiyyətdə olan binalardan da vergi toplamaq niyyətindədir:

“Vətəndaşların xüsusi mülkiyyətində və istifadəsində olan torpaqlardan vergi alına bilər. Millət vəkillərindən xahiş edərdim ki, bu məsələni növbəti iclasda qaldırsınlar. Xüsusi mülkiyyətdə və istifadədə olan binaları vergi tutma obyekti kimi qeydə alsınlar”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin