"Yeni Klinika"nın sabiq direktoru məhkəmədən bəraət istədi

Hazırda oxunan: "Yeni Klinika"nın sabiq direktoru məhkəmədən bəraət istədi

49691

Bakı Ağır Cinayətlər Məhkəməsində "Yeni Klinika" Publik Hüquqi Şəxsin direktoru Pərviz Abbasov və digərlərinin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Bizim.Media xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində dövlət ittihamçısı təqsirləndirilən Vüsalə Əliyevanın hamilə olması barədə vəkili tərəfindən verilən ərizəni nəzərə alaraq humanizm prinsiplərini əsas tutaraq ona şərti cəza verilməsini xahiş edib.

Bundan sonra təqsirləndirilən şəxslərə son söz verilib.

"Yeni Klinika" Publik Hüquqi Şəxsin sabiq direktoru Pərviz Abbasov son sözündə özünü təqsirli bilməyib. P.Abbasov məhkəmədən ədalət istəyib.

Təqsirləndirlilən Samir Mirzəyev, Əvəz Hüseynov və Qalib Nəcəfov da son sözlərində məhkəmədən ədalətli qərar çıxarmasını xahiş ediblər.

Əvəz Hüseynov son sözündə son dərəcə peşman olduğunu və əməlinin cinayət hesab olunduğunu bilmədiyini bildirib. Təqsirləndirilən şəxs astma xəstəsi olduğu üçün məhkəmədən yüngül cəza istəyib.

Cinayət işi üzrə təqsirləndirilən Vüsalə Əliyeva səhhəti ilə bağlı olaraq son sözə hazır olmadığını bildirib.

Növbəti proses dekabrın 15-nə təyin olunub.
 

Xatırladaq ki, ötən prosesdə dövlət ittihamçısı baş həkim P.Abbasovun 10 il, digər həbsdə olan təqsirləndirilən şəxslərin hər birinin 9 il, barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilmiş Vüsalə Əliyevanın isə həbs edilərək 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.


Adı çəkilən şəxslərdən yalnız Vüsalə Əliyeva ev dustaqlığındadır.

Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin