Bakının od tutub yanan parkları - FOTO

Hazırda oxunan: Bakının od tutub yanan parkları - FOTO

49637
Bakı bulvarı - gələn insanların sayını nəzərə alsaq, deyə bilərik ki, şəhərimizin sakinlərinin və qonaqların ən xoşladığı istirahət yeridir. Burada hər yaşda olan insanların istirahəti üçün bütün xidmətlər nəzərdə tutulub. Attraksion, çayxana, restoran, idman meydançaları... Bir sözlə, hər şey.

Bulvarla bərabər paytaxtımızda böyük olmayan elə park və bağlar var ki, şəhərin yaşıl memarlığını özündə cəmləşdirərək bura gələnlərin sevgisini qazanıb. Bu istirahət guşələrində attraksionları yaşı çox olan ağaclar, gur musiqinin və kütləvi gəzintilərin səsini isə fontan və ya kiçik şəlalə suyunun şırıltısı əvəz edir. 

Belə park və bağlar təkliyi sevən, qəlbinin səsini dinləmək isçtəyən, sakitliyi xoşlayan, həmçinin şəhərdən kənara çıxmaq imkanı olmayan insanların ən sevimli yerlərdən biri sayılır. Bu güşələri daxildən birləşdirən ümümi xususiyyəti isə onların insanların sağlamlığına xidmət etməlidir. 

Belə parklardan biri XIX-cu əsrin 30-cu illərində yarımsəhralı Bakıda salınan Qubernator parkıdır. Park vaxtı ilə “Qubernator”, “Mixaylovski”, “İnqilab”, “Sağlamlıq zonası”, “Əliağa Vahid” adlarını daşıyıb. Adının tez-tez dəyişməsi ucbatından əhali arasında onu "yorulmaq bilməyən" kimi də adlandırırdırlar. Bundan başqa ona “pioner və məktəblilər parkı” da deyirdilər. Həmin o dövrün pionerləri indi də bura gəlməyi xoşlayırlar. 

Parkdakı ağaclar sıx çətirləri ilə gün şüalarının qabağını alaraq asfaltı qızmağa qoymur, ona görə də bura hər zaman sərin olur.

Bu yaxınlarda parkın ərazisində vaxtı ilə yoxa çıxmış Lənkəran akasiyaları yenidən bərpa edilib. Burada ağacla şəkil çəkdirib onun barəsində informasiya toplamaq istəyən kifayət qədər çox turistə rast gəlmək olar. 









Zabitlər parkının əsası ikinci dünya müharibəsi vaxtı qoyulub. Müharibədən sonra parka iki dəfə Sovet İttifaqı qəhrəmanı Həzi Aslanovun adı verilmişdi. 2009-cu ildə park təmirdən sonra yenidən sakinlərin ən sevimli istirahət zonasına çevrildi. Park ərazisində uzunömürlü ağacları qoruyub saxlayaraq tamamilə “yeni həyat” əldə edib. Burada müasir işıq sistemi, möhtəşəm fontan, tuncdan düzəldilmiş maraqlı heykəllər də quraşdırılıb. 





Şəhərimizin mərkəz hissəsindəki Xəqani bağı da gözəl istirahət yeridir. XIX əsrdə bu bağ ayrı-ayrı bölgələrdən mal gətirən molokanların tez-tez qaldığı karvansaraylarla dövrəyə alınmışdı. Həmin əsrin 70-ci illərdə bu yerdə yaranan bağ əvvəl “Molokan meydanı”, sonralar isə “Molokan bağı”, “Marinski skver”, “Aşum Aliyev bağı”, “9 yanvar” kimi adlandırılırdı. Mərkəzində bir-biri ilə kəsişən perpendikulyar və dioqanal kölgəli xiyabanlar birləşərək şəhərin mərkəzində istirahət üçün olduqca əlverişli yer sayılırdı. Cəmi 0,8 hektar ərazisi olan bu balaca bağ olduqca rahat və səliqəli idi.









Sabir bağı da daimi üstünlük verilən istirahət yerlərindən biri olub. Əsası 1920-ci illərin əvvəlində qoyulan bu bağ artıq 100 ilə yaxındır ki, insanlara xidmət edərək günü-gündən daha da gözəlləşir. 







Bu gün Fəvvarələr Meydanı kimi tanınan “Parapet bağı”da uzun müddət sakinlərə xidmət edib. Bu ərazi bir zamanlar “Quru ba𔝠da adlandırılıb. 

Bakıda bağ və parklarımızın sayı dayanmadan artır. Onlardan hansılarının əsrin sınağından keçib keçməməsini isə zaman göstərəcək.







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin