Azərbaycan elminə BÖYÜK İTKİ - Bir gündə iki alim vəfat etdi

Hazırda oxunan: Azərbaycan elminə BÖYÜK İTKİ - Bir gündə iki alim vəfat etdi

49616

Tarixçi alim, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü Fəridə Məmmədova vəfat edib.

Bu barədə Bizim.Media-ya AMEA Tarix İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Fəridə Cəfər qızı Məmmədova 8 avqust 1936-cı ildə Azərbaycan SSR Əli Bayramlı şəhərində (indiki Şirvan şəhəri) anadan olub, 1955–1960-ci illərdə Azərbaycan Dövlət Universitetinin (hazırda BDU) Tarix fakültəsində təhsil alıb.

1960-cı ildən etibarən AMEA Tarix İnstitutunda işləməyə başlayıb, 2002-ci ildən isə “Azərbaycanın tarixi coğrafiyası” (hazırda “Azərbaycanın tarixi coğrafiyası və demoqrafiyası”) şöbəsinin müdiri olub.

1991-ci ildə Azərbaycan Milli Yaradıcılıq Akademiyasının tarix elmləri doktoru, daha sonra həqiqi üzvü; 1993-cü ildə AMEA tarix elmləri doktoru, 2001-ci ilda AMEA müxbir üzvü seçilib. O 6 beynəlxalq konfransın təşkilatçısı və məruzəçi, 27 beynəlxalq konfransların iştirakçı və məruzəçisi olub.

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda tarixçi alim vəfat etdi - FOTO


F.C.Məmmədova 6 monoqrafiya və 120 məqalənin müəllifidir. “Azərbaycanın tarixi coğrafiyası” kollektiv monoqrafiyasının (Bakı, 1987) redaktor və aparıcı müəlliflərindən biri olub.

Yeddi cildlik “Azərbaycan tarixinin” ikinci cildinin (“Azərbaycan tarixi”, Bakı, 1998, II cild); “Qarabağ” kollektiv monoqrafiyasının (“Tarix və mədəniyyət oçerkləri,” Bakı, 2004); “Gəncə şəhərinin tarixi” kitabının (Bakı, 2004); “Kürəkçay müqaviləsi–200” kollektiv monoqrafiyasının (Bakı, 2005) müəlliflərindən biridir; Qərb Universitetində gender proqramında iştirak edib, ali məktəblər üçün “Azərbaycan tarixində qadınlar” mövzusunda proqram hazırlayıb.

Ali məktəblər üçün “Qədim dövrlərdən XX əsrə qədər qədər Azərbaycan tarixində qadınlar” mövzusunda məruzə yazmışdır. Məruzələr “Gənclər, tarix, cəmiyyət, mədəniyyət kitabında (Bakı, 2002) dərc olunub. F.C.Məmmədova 20 fəlsəfə doktoru, 1 elmlər doktoru hazırlayıb.

O, “Azərbaycan Respublikasının əməkdar elm xadimi” (1990), Respublikanın Dövlət mükafatına layiq görüb, “Şöhrət” (2004) ordeni, “Y.Məmmədəliyev”, “Nizami”, “Moskva və Bütün Rusiyanın Patriarxı II Aleksi” adına medallar ilə, “Qızıl qələm” ilə təltif edilib.

Qeyd edək ki, bu gün daha bir tanınmış etnoloq, tarix üzrə elmlər doktoru Aydın Balayev dünyasını dəyişib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin