İbtidai sinifdə “din” təbliğatı ilə bağlı yazı dərc etmişdik. Yazıda özünü ilahiyyatçı kimi təqdim edən Seyid Peyman Boradigahi adlı şəxsin 3 gün öncə “Facebook” hesabından paylaşdığı videogörüntünü yerləşdirmişik. Görüntülərdə ibtidai sinif otağında şagirdlərin iştirakı ilə dini təbliğatın aparıldığı əks olunub.
Videonun açıqlama hissəsində isə Seyyid Taleh Boradigahi adlı şəxsin adı “tag” edilib.
MÖVZU İLƏ BAĞLI:
İbtidai sinifdə “din” təbliğatı – Uşaqlarımızı kim öz oyunlarına alət etmək istəyir? - VİDEO
Qeyd edək ki, video ictimaiyyətdə rezonans doğurub. İzlənilən görüntülərlə bağlı sosial şəbəkə istifadəçiləri tərəfindən tənqid dolu şərhlər yağdırılıb.
Sözügedən yazımızdan sonra Təhsil Nazirliyi hərəkətə keçib.
Məsələ ilə bağlı qurumun mətbuat katibi Cəsarət Valehov Bizim.Media-ya açıqlamasında məsələnin Təhsil Nazirliyinin diqqətində olduğunu və bununla bağlı araşdırma aparıldığını bildirib.
Alçina Amilqızı, Bizim.Media