İşıq reydi keçirildi

Hazırda oxunan: İşıq reydi keçirildi

49434
Bu ilin əvvəlindən “Şamaxı” Elektrik Şəbəkəsi Müəssisəsində keçirilmiş reydlər zamanı 145 istehlakçının sayğac uçot komplektində qüsur aşkar edilib. 


Nəticədə 394,8 min kilovat-saatdan artıq itirilmiş elektrik enerjisinin 23,7 min manata yaxın istehlak dəyəri qeydə alınıb.

Moderator.az-ın xəbərinə görə, “Azərenerji” ASC-nin mətbuat xidmətindən bildirilib ki, hazırda Şamaxı rayonunun elektrik şəbəkələri yenidən qurulur. Son üç ayda 10, 6 və 0,4 kilovoltluq elektrik verilişi xətlərində, transformator məntəqələrində müxtəlif təyinatlı təmir işləri aparılıb.

Ötən 5 ayda müəssisə üzrə ümumi istehlak artaraq 28,9 milyon kilovat-saata yaxın olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin