Qazax Payon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinə rəis təyin edilib.
Bizim.Media xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, polis kapitanı Baxışov Rəşad Soltan oğlu Qazax rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin rəisi vəzifəsinə təyin edilib.
R.Baxışov bu təyinata qədər Gəncə şəhər baş polis idarəsinin Dövlət Yol Polisi şöbəsinin hadisə inspektoru vəzifəsində çalışıb.
Qeyd edək ki, Qazax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əvvəlki rəisi polis kapitanı Vüqar Məmmədov dekabrın 3-də vəzifəsindən azad edilərək sərəncama götürülüb. (Lent.az)
Bizim.Media