“Naxçıvan Qarnizonu Qoşunlarının 2021-ci tədris ilinə uzlaşma planı”na əsasən keçirilən yarışda batareyaların şəxsi heyətinin tam təchizatı, fərdi və qrup halında normativləri yerinə yetirmə bacarıqları yoxlanılıb.
Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən məlumat verilib.
Yarışda tank təhlükəli istiqamətdə açılma hədlərinin tutulması, şərti düşmənin hərəkətli və hərəkətsiz hədəflərinin məhv edilməsi tapşırıqları yerinə yetirilib.
MÖVZU İLƏ BAĞLI:
“Ehtiyat zabit hazırlığı kursu”nun buraxılış mərasimi keçirildi – FOTO/VİDEO
Ümumi nəticələrə əsasən tank əleyhinə idarəolunan raketlər batareyası birinci olub.
Qalib batareyanın şəxsi heyəti Əlahiddə Ümumqoşun Ordu komandanlığı tərəfindən həvəsləndirilərək mükafatlandırılıb.
Bizim.Media