TOY GECƏSİ bakirəlik məsələsi oğlanların da QORXUSUDUR - ARAŞDIRMA

Hazırda oxunan: TOY GECƏSİ bakirəlik məsələsi oğlanların da QORXUSUDUR - ARAŞDIRMA

49365

Qafqaz ölkəsi olaraq Azərbaycanda da müxtəlif adətlər indiyə kimi qorunmaqdadır. Bu ənənələrin bir qismi toyla bağlıdır. Toy gecəsi mövzusunda ən çox psixoloji zərbə alan isə xanımlardır. Çünki bəzən qiyabi, qohumluq tanışlıqla cütlüklər bir-birini elə toyda görür. Toy gecəsinə kimi ünsiyyətin çox saxlanılmaması və düyündən sonra qızın oğlanla eyni otağa girməsi zərif cinsdə müxtəlif xoflara səbəb olur. Bəzi qadınılar kişinin paltarını çıxartmasından da təlaşlanır.

Bizim.Media xəbər verir ki, bəzi hallarda cütlüklə bərabər otağa “yengə” də daxil olurdu.

Sadəcə olaraq, müasir dövrdə insanların daha məlumatlı olması bu adəti qismən sıxışdıraraq çıxarıb. 

Mələfə nümayişi də qızların sıxıldığı ayinlərdəndir. Bu yolla qız və oğlan evinin qadın yaxınları gəlinin bakirə olub-olmadığını yoxlayırlar. Belə ki, parçada qan izləri olmalıdır. 

Psixoloqların fikrincə, bu adətin olması toy gecəsi qızı narahat etdiyi qədər oğlanı da həyəcanlandırır. Və o, həmdəmi ilə qovuşma anına tam köklənə bilmir. Bu isə bəzən toy gecəsinin yubanması (başqa günə salınması), gələcəkdə mübahisə və boşanma səbəblərinə dönə bilir. 

Ekspertlərdən:

⦁  İlk toy gecəsi sizə həzz yaşatmaya bilər. Çünki bu, bir-birinizi tanıma, dərk etmək aktıdır. 

⦁  Sevgi hissləri varsa, utanmmaq və acılamaq kimi situasiyalardan qaçılır.

⦁  Məcbur deyil ki, cinsi əlaqəniz elə ilk dəfədən alınsın. Qız ağrıyırsa, ona anlayış göstərin və israr etməyin. Söhbətləşin. Yoxsa onun psixologiyasında problem yarada bilərsiniz. Gələcək intim həyatınız axsayar. Bir gün sonra da davam etmək mümkündür.

⦁  Məyus olmağa dəyməz, hər vəziyyətdə təcrübə faydalıdır. 

⦁  Toyunuzda spirtli içkidən istifadə etməyin. Çünki alkoqol təsiri ilə yoldaşınız hamilə qalsa da, uşaq fiziki qüsurlu doğula bilər. 

⦁  İlk addımlar oğlana xas olmalıdır. Əgər utancaq və təcrübəsiz biridirsə, qız da onun qəlbinə dəyəcək narazılıq, zarafat etməməlidir. Yoxsa bu, gələcəkdə özünü göstərəcək.

⦁  Bakirəlik və qan məsələsinə gəlincə, qızlıq pərdəsi 2-4 sm dərinlikdə yerləşən nazik arakəsmədir. Bəzi qızlarda ilk münasibət zamanı həmin pərdə açıla, digərlərində sadəcə enlənər. Hər ikisində ağrı var. Və bu ağrılar təkrarlanacağı təqdirdə qızlarda cinsi əlaqəyə qarşı qorxu yaranır ki, onlar hər vəchlə (müxtəlif bəhanələrlə) yaxınlıqdan qaçmağa çalışırlar. 

⦁  Bakirəlik pərdəsi açılan zaman qan gələ, bəzən bu akt baş verməyə bilər. 

⦁  Elə qızlar da var ki, bakirəlik pərdələri nisbətən daha dərindədir. Yəni, qanın gəlmədiyinə görə, toy gecəsini ailə-məişət qətliamına çevirmək lazım deyil.

Bakirəliklə bağlı isə çoxlu elmi araşdırmalar var. Buna görə də həyatımızın bu dönəmi üçün də bilgili olmalıyıq.

Dinin qadağaları və haramı ilə birgə alimlər də sübut ediblər ki, qadın bətni uzun müddət ilkin təması özündə yaşadır.

Bu fiziki və psixoloji anlmada bir ömür məsələsidir. Çünki cinsi əlaqədən sonra qadın bətnindəki kişi toxumları orada uzun illər belə özünə yuva edə bilər. Ona görə də Quranda da göstərilib ki, qadının digər kişi ilə münasibəti üçün ən azı 3 heyz dönəmi ötməlidir. 

Bu məsələnin üstündə çox qalmadan deyək ki, bütün dövürlər üçün əsas vacib faktor SEVGİ olaraq qalmaqdadır.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin