“2022-ci ildə ötən illərin dəbini görə biləcəyik. 2000-ci ilin dəbi olan geyim nümunələri, obrazlar yeni ildən etibarən yenidən aktual olacaq”.
Bu sözləri Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, sənətşünaşlıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilova Bizim.Media-ya verdiyi açıqlamada bildirib.
MÖVZU İLƏ BAĞLI:
Modelyerimizin dəfiləsi Amerika platformasında nümayişdədir
Modelyer həmçinin bu ilin dəbində yer alan rənglərdən də söz açıb:
“2022-ci ilin ən dəbli rəngi göy rəng və onun bir çox tonları olacaq. Qarşılayacağımız ilin mavi pələng ili adlandırılması da buna görə heç təsadüfi deyil. Göy rənglə yanaşı pastel, mavi, açıq boz, pudra, xaki, qırmızı, yaşıl rəng tonları bu ilki geyimlərdə öz sözünü deyəcək”.
Gülnarə Xəlilova həmçinin dəridən olan gödəkçələrin, qısa ətəklərin bu ilin dəbində xüsusi yer tutacağını da diqqətə çatdırıb:
“Həm xəz həm də digər materiallardan olan gödəkçələr (jiletlər) plaşlar, həmçinin toxunma geyim nümunələri xanımlarımızın qarderoblarında həmişəki yerini qoruyub saxlayacaq. Gündəlik həyatımızda rahatlıqla geyindiyimiz, cins parçalardan olan geyimlər də bu ilki dəbdə də öz aktuallığını qoruyacaq. Ətəklərin şalvarla birgə təqdimatı illər sonra yenidən dəbə qayıdacaq. Parıltılı materiallardan hazırlanmış paltarlar, üst geyimləri, həmçinin arkaya bənzər çiyinli köynəklər, atlas, şəffaf materiallı, dama naxışlı paltarlar da bu ilin dəbində yer alacaq. Ağ köynək, ümumiyyətlə klassik üslub deyərdim ki, bütün illərin dəbində öz əvəzolunmaz mövqeyini qoruyub saxlayır və bu ildə daha çox önə çıxacaq. Leopard naxışlı paltolar, müxtəlif naxışlı corablar, aşırı uzun qollu köynəklər dəbli geyinən xanımların bu il qarderobunda mühüm yer tutacaq.
Həmçinin geyimlərin bəlli hissələrində dəliklərin olması (dəlilkli ətək, şalvar, köynək), müxtəlif brendlərin logolu parçaları da dəbin ayrılmaz hissələri olacaq.
Tanınmış modelyer həmçinin xanımlara onlara yaraşacaq tərzdə geyinmələrini, öz tərzləri ilə dəblərini formalaşdırmağı tövsiyə etdi:
“Zövq ən böyük trenddir. Şəxsimə aid olan bu sözü hər zaman söyləyirəm. Mən özüm də hər zaman zövqlü geyinməyə üstünlük verirəm və insanları da buna çağırıram. Bu gün dəbdən çox zövqlə geyinmək sözün həqiqi mənasında dəbdədir”.
Səkinə Yusibli, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
19:15 / 06.12.2021
2022-ci ilin modası necə olacaq? - Tanınmış modelyerdən AÇIQLAMA
Hazırda oxunan: 2022-ci ilin modası necə olacaq? - Tanınmış modelyerdən AÇIQLAMA
Hazırda oxunan: 2022-ci ilin modası necə olacaq? - Tanınmış modelyerdən AÇIQLAMA
49351
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.