Metro ilə bağlı qərar

Hazırda oxunan: Metro ilə bağlı qərar

49274
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin nizamnaməsi və strukturu təsdiq edilib. 

Moderator.az-ın Nazirlər Kabinetinə istinadla verdiyi məlumata görə, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 27 fevral tarixli 289 nömrəli Sərəncamının 5.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar verib:

““Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi” təsdiq edilsin.

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin strukturu” təsdiq edilsin.

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti Bakı Metropoliteninin və “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin hüquqi varisidir, onların bütün hüquq və öhdəlikləri, habelə əmlakı və təsis etdikləri hüquqi şəxslər üzrə mülkiyyət hüquqları “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinə keçmişdir. “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti dövlət qeydiyyatından keçdiyi andan Bakı Metropoliteni və “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyəti hüquqi şəxs statusunu itirirlər.

“Bakı Metropoliteni Nizamnaməsinin təsdiqi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 4 sentyabr tarixli 197 nömrəli qərarı ləğv edilsin”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin