Turan İA-nın rəhbəri: "Mənim həbsimin təşkilatçılarından biri Əli Həsənov idi"

Hazırda oxunan: Turan İA-nın rəhbəri: "Mənim həbsimin təşkilatçılarından biri Əli Həsənov idi"

49251

“Mən heç kimin arxasında durmamışam, heç kimi idarə etmirəm. Heç kim mənə müraciət etmir ki, bizi idarə et”.

Bizim.Media xəbər verir ki, bu sözləri “Turan” informasiya agentliyinin rəhbəri Mehman Əliyev “Yeni Azərbaycan” qəzetinə müsahibəsində deyib.

O, jurnalistin “sizin haqqınızda insanlardan rəy soruşanda iki cür fikir səsləndirilir. Bir qisim deyir ki, Mehman Əliyev mərd adamdır, dürüstdür, bir qisim də deyir ki, səmimi insan deyil, bu gün qara piar aparan bir çox media orqanlarına da hamiliyi məhz Mehman Əliyev edir...” sualını cavablandırarkən Əli Həsənova olan münasibətini belə bildirib:

“Belə bir hadisə olub: Əli Həsənov məsələsindən danışıram. Onunla mənim aramda fikir ayrılığı çoxdan yaranmışdı və mən deyirdim ki, mediaya qarşı bu cür münasibət əvvəl-axır xaosa gətirib çıxaracaq. Mənim bu barədə məqalələrim də var idi. Bizim açıq savaşımız başladı, 2017-ci ildə mənim həbsimin təşkilatçılarından biri Əli Həsənov idi.

Dəqiq bilirəm. Bizim açıq toqquşmamız oldu, bir sıra KİV-lər mənə dəstək verdilər. Bu gün Vüqar Səfərlinin məhkəməsində bir çox həqiqətlər gün üzünə çıxır və mənim dediklərim öz təsdiqini tapır.

İkinci misal gətirim. Media haqqında yeni qanun hazırlanırdı. Və məlumatlar yayıldı ki, bu qanun layihəsi redaksiyalarda müzakirə olunur.

Məndə olan məlumata görə, heç bir yerdə müzakirə aparılmırdı. Mən bir məktub yazdım Əhməd İsmayılova. Məni danışıqlara dəvət etdi. Ondan sonra müxtəlif KİV-lərdə bu barədə müsahibələrim getdi və media haqqında qanunun qəbul edilməsi dayandırıldı. Mən bunu özüm xahiş etmədim, hər kəs özü yayımladı. Buna görə, belə bir rəy yarandı. Yoxsa mənim böyük maliyyə imkanlarım yoxdur. Ümumiyyətlə, öz işlərimlə məşğulam və bu özü kifayət qədər çox zamanımı alır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin