İlin son şənbə günü Bakıda bu hadisə baş verdi - İndi növbə kimindir?  

Hazırda oxunan: İlin son şənbə günü Bakıda bu hadisə baş verdi - İndi növbə kimindir?  

49045

Xəbər verildiyi kimi Bakı Şəhər İcra Hakimiyyətindən vətəndaşlara müraciət olunub. Başa çatmaqda olan ilin son ayının birinci şənbə günü - yəni bu gün paytaxtda ümumşəhər sanitar günü keçirilir.

Qeyd edək ki, BŞİH paytaxt sakinlərini yeni ili təmiz şəhərlə qarşılamaq üçün təmizlik işlərində fəal olmağa çağırıb.

Bu barədə Bizim.Media-ya danışan Bakı Şəhər İcra Hakimiyyətinin rəsmisi İsrafil Kərimov təmizlik işlərinin davam etdiyini və dekabrın 18-də yekunlaşacağını bildirib:
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda sanitar günü keçirildi - FOTO 


“Paytaxtın bütün rayonlarında sanitar işləri davam edir. Kommunal və digər işçilərlə yanaşı sakinlər də öz həyətlərində, eyvanlarında təmizlik işləri aparıblar. Həmçinin sahibkarlar mağaza və obyektlərin qarşısını təmizləyib, vitrinləri yuyublar. Bundan əlavə şəhərin prospekt və küçələri, səki kənarları, bordyur və işıq dirəkləri yuyulub. Zədələnmiş ağaclar budanıb”.

Bakı şəhərində başlanan bu tədbirlrəi digər rayon və şəhərlərimizdə də keçirilməsi gözlənilir.

Eyni zmaanda xahiş olunur ki, vətəndaşlarımız da qalib xalq kimi üzümüzə gələn yeni ilimizi xüsusi abadlıq, təmizkarlıqla qarşılasınlar. Odur ki, hər kəs yan-yörəsini, həyət-bacasını səliqəyə salsın! Çünki Vətən hər qarış torpağımızdır!

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin