Salyan rayon sakini İslam Ağayev Rayon Polis Şöbəsinə (RPŞ) müraciət edərək müxtəlif vaxtlarda ona məxsus inşaat materialları mağazasından pulunun oğurlanması və ümumilikdə ona 63 000 manat maddi ziyan dəyməsi barədə məlumat verib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Bizim.Media-ya bildirilib ki, şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən oğurluq hadisəsini törədən, əvvəllər zərərçəkmişə məxsus mağazada işləyən rayonun Arbatan kənd sakini Ruslan Mustafayev saxlanılıb.
MÖVZU İLƏ BAĞLI:
Oğul atasının avtomobilindən 2200 manat oğurladı – POLİS TUTDU
Araşdırmalar zamanı məlum olub ki, saxlanılan şəxs cari ilin sentyabr-noyabr ayları ərzində ayrı-ayrı vaxtlarda mağazada tikinti materiallarının satışından əldə olunan pulların saxlanıldığı otağa paltarını dəyişmək adı ilə daxil olaraq ümumilikdə mağaza sahibinə məxsus 63 000 manat pulu gizli yolla oğurlayıb.
Faktla əlaqədar Salyan RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Bizim.Media