Monitorinqlər zamanı 5 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub.
Bu barədə Bizim.Media-ya Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Nəzarət tədbirləri çərçivəsində 2021-ci il dekabrın 2-də ölkə üzrə 400 ictimai iaşə obyektində 690 monitorinq keçirilib.
MÖVZU İLƏ BAĞLI:
Pomidor yetişdirilməsinə AQTA-dan QADAĞA – Nə baş VERİR?
Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Səbail rayonu, Neftçi Qurban Abbasov küç., ev 7 ünvanında yerləşən, fiziki şəxs Hüseynov Xəyyam Hüseyn oğluna məxsus “Mayak” restoranı;
2. Bakı şəhəri, Binəqədi rayonu, Əhməd Rəcəbli küç., məh. 3103 ünvanında yerləşən, fiziki şəxs Qurbanov Nuru Zərbəli oğluna məxsus restoran;
3. Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küç., ev 21 ünvanında yerləşən, fiziki şəxs Kərimov Elnur Rza oğluna məxsus dönərxana;
4. Gəncə şəhəri, Dədə Qorqud küç., ev 11D ünvanında yerləşən, fiziki şəxs Kərimov Etibar Abbas oğluna məxsus “Söyüdlük” kafesi;
5. Gəncə şəhəri, Dəmiryol parkının ərazisində yerləşən, fiziki şəxs Hüseynov Maarif oğluna məxsus kafe.
Bizim.Media