Bakı Nəqliyyat Agentliyinə (BNA) məxsus “BakuBus” MMC-nin Müşahidə Şurasının iclası keçirilib.
Bizim.Media BNA-ya istinadən xəbər verir ki, iqtisadiyyat nazirinin müavini Elnur Əliyevin sədrliyi ilə keçirilən iclasda Müşahidə Şurasının üzvləri və “BakuBus” MMC-nin rəhbər şəxsləri iştirak ediblər.
MÖVZU İLƏ BAĞLI:
“Bakubus”un mobil tətbiqi niyə DALANA dirənib? – BNA hələ də cavab VERMİR - FOTO
İclasda “BakuBus” MMC-də Daxili Audit Xidmətinin yaradılması, “BakuBus”un təşkilati strukturunun yenilənməsi ilə bağlı məsələlər müzakirə olunaraq müvafiq qərarlar verilib.
İclas zamanı “BakuBus”un maliyyə dayanıqlığının təmin edilməsi və fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə həyata keçiriləcək digər tədbirlərlə bağlı müzakirələr aparılıb.
Bizim.Media