Noyabrın 27-də paytaxtın Yasamal rayon sakini, 2003-cü il təvəllüdlü Fidan Nəftəliyevanın yaşadığı binanın 10-cu mərtəbəsindən özünü ataraq intihar etməsi faktı ilə bağlı istintaq davam edir.
Baş Prokurorluqdan Bizim.Media-ya verilən məlumata görə, aparılmış istintaqla müəyyən edilib ki, 2004-il təvəllüdlü Kərim İbrahimov cari ilin noyabrın 21-də Fidan Nəftəliyevanın mobil telefonunu oğurlamaqla, telefonda olan sonuncuya məxsus şəxsi həyatının sirri hesab olan məlumatları qanunsuz əldə edib.
Bu məlumatlarla onun ləyaqətini mütəmadi olaraq alçaltmaqla özünü öldürmə həddinə çatdırıb.
MÖVZU İLƏ BAĞLI:
Ölüm yaradan ŞANTAJ – “Son vaxtlar bizə müraciət edənlərin sayı artıb”
Kərim İbrahimov Cinayət Məcəlləsinin 125, 156.1 (şəxsi həyatın toxunulmazlığını pozma), 177.2.5 (oğurluq) və 242-ci maddələri ilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda iş üzrə intensiv istintaq-əməliyyat tədbirləri həyata keçirilir.
Bizim.Media