Vilayət Eyvazov DİN-in vəzifəli şəxsləri ilə iclas keçirdi - FOTO

Hazırda oxunan: Vilayət Eyvazov DİN-in vəzifəli şəxsləri ilə iclas keçirdi - FOTO

48961

Bu gün Daxili İşlər Nazirliyində (DİN) videokonfrans formatında Kollegiya iclası keçirilib.

Bizim.Media DİN-ə istinadən xəbər verir ki, nazir, general-polkovnik Vilayət Eyvazov Kollegiyanın müzakirəsinə çıxarılan məsələlərin kriminogen duruma təsiri, vətəndaş məmnunluğunun təmin edilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi baxımından aktual olduğunu bildirib.

Gündəlikdəki məsələlər üzrə nazir müavini - Baş Təşkilat-İnspeksiya İdarəsinin rəisi, polis general-leytenantı Fazil Quliyev, Baş Cinayət Axtarışı İdarəsinin rəisi, polis general-mayoru Arzu Daşdəmirov, Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov və Kriminalistik Tədqiqatlar İdarəsinin rəisi, polis polkovniki Gündüz Sadıxov məruzə ilə çıxış ediblər.

İclasa yekun vuran daxili işlər naziri Vilayət Eyvazov son üç ilə yaxın bir müddətdə keçirilmiş 10 Kollegiya iclasından hər birinin insanların həyatının, sağlamlığının, hüquq və azadlıqlarının, dövlətin, fiziki və hüquqi şəxslərin qanuni mənafelərinin və mülkiyyətinin hüquqazidd əməllərdən qorunması sahəsində polisin fəaliyyətinin təkmilləşdirilməsinə, düzgün və məqsədyönlü istiqamətləndirilməsinə, ən başlıcası vətəndaş məmnunluğunun təmin olunmasına xidmət etdiyini vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin