Yevlaxda BÖYÜK TƏHLÜKƏ: Çaqqal sürüləri insanlara hücum edirlər – FOTO

Hazırda oxunan: Yevlaxda BÖYÜK TƏHLÜKƏ: Çaqqal sürüləri insanlara hücum edirlər – FOTO

48951

Yevlaxda yırtıcıların mal qaraya hücumları artıb.

Bizim.Media-nın məlumatına görə, havaların soyuması qida axtarışına çıxan canavarları xeyli fəallaşdırıb.

Xaldan qəsəbəsi ətrafında xırda buynuzlu heyvanlarını otaran Kəlbəcər rayon sakini İlham Zamanov səhər saatlarında dumanlı hava şəraitində gözlənilmədən mal-qarasına soxulan iki canavarla üz-üzə gəlib:

“Belə hallarda yaşanan qorxu hisslərini anlatmaq çox çətindir. Silah yox olsa belə atmağa icazə verilmir. Tək iki canavarla sadə bir zopa ilə baş-başa qalmaq ölümlə üz-üzə qalmaq kimi bir şeydir. Qışqırmaq istəsən belə, sanki dilin tutulur səsin çıxmır”.

Onun sözlərinə görə, canavar bir qoyununu yaralasa da, onları möcüzəli şəkildə sürüdən üzaqlaşdıra bilib.

Hətta bundan sonra özü də qorxu və psixoloji təsir altında xeyli aralı qaçıb. Hazırda Yuxarı Bucaq kəndində yaşayan İlham Zamanov maldarlıqla məşğul olur və oxşar hadisələrin vaxtaşırı şahidi olduğunu deyir. Hətta bundan öncəki hücumlar zamanı yırtıcıların onun bir neçə malını tələf etdiyini bildirir. 

“Yırtıcı hücum etdi” deyən kimi hər kəsin ilk ağlına gələn canavar olur. Doğrudur, son zamanlar canavarların fəallığı artıb. Rayonun Yuxarı Bucaq Yenicə Ərəş kəndləri həndəvərində və digər yaşayış ərazilərinə yaxın otlaq sahələrində davamlı olaraq onlar mal-qaraya hücum edib yaralayır, yaxud tələf edir. Ən son Yenicədə iki malı parçalayıb. Əsasən, xırda buynuzlu heyvanları və kiçik danaları hədəf alırlar. Amma inanın ki, hazırda çaqqallar canavarlardan da çox yırtıcılıq edirlər.

Sürü halında dolaşırlar və yem axtarmaq məqsədilə qoyun quzu sürüsünə hücum edirlər. Vay o adamın halına ki, çox sayda mal-qaranı itlərin müşayəti olmadan otlağa çıxarsın. Orda nələr olur, nələr yaşanır - çobanlar yaxşı bilirlər”.

İlham Zamanovun sözlərinə görə, yırtıcılar daha çox yağışlı və küləkli havalarda peyda olurlar. Ona görə də bu cür hava şəraitində xüsusilə ayıq sayıq olmaq lazımdır.

Ehtiram Muradov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin